Böyük Britaniyanın baş naziri Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa çağırıb
Böyük Britaniyanın baş naziri Boris Conson "Səudiyyəlilər daha çox neft hasil etməlidirlər" deyib.Böyük Britaniyanın baş naziri Boris Conson Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa çağırıb. Çünki o, prezident Co Baydenin keçən həftə verdiyi açıqlamalara uyğun olaraq rekord yanacaq qiymətlərini sabitləşdirməyə çalışır.
"Şübhəsiz, səudiyyəlilər daha çox neft hasil etməlidir. Onların nə qədər daha çox neft hasil edə biləcəkləri ilə bağlı bəzi suallar da ola bilər", -Conson bazar ertəsi İcmalar Palatasına deyib.
Keçən həftə Bayden Fars körfəzindəki əsas istehsalçıların hasilatı artıracaqlarına ümid etdiyini söyləyib. Bayden OPEC+ ittifaqına rəhbərlik edən Səudiyyə Ərəbistanına bu ay səfər etməyə hazırlaşır.
Xam neftin qiyməti pandemiyadan sonra tələbatın bərpası ilə ayaqlaşa bilmir və hazırda 110 dollardan yuxarıdır. Yüksək qiymətlər istehlakçılar üçün çətinlik yaradır və qlobal iqtisadiyyatı tənəzzülə sürükləməklə təhdid edir.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya hücumu səbəbindən enerji ticarətinə sanksiya tətbiq etmək planları qlobal neft bazarlarını da sarsıdıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















