Dövlət şirkəti yığılmış zərərinin 100 milyon manata yaxınlaşdığını açıqladı
Bakı şəhərində və regionlarda yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edən dövlətə məxsus "Azəristiliktəchizat" ASC-nin 2021-ci ildə yığılmış zərəri 10 milyon 371 min 953 manat artaraq 98 milyon 917 min 830 manata çatıb. 2020-ci ilin sonunda "Azəristiliktəchizat" 88 milyon 545 min 877 manat yığılmış zərərə malik idi.
Yığılmış zərər şirkətin 92 milyon 761 min manat kapital ehtiyatlarını tamamilə silib.
Marja.az ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 31 dekabr 2021-ci il tarixində "Azəristiliktəchizat" ASC-nin cəmi aktivləri 189 milyon 678 min manat, o cümlədən qısamüddətli debitor borcları 20 milyon 121 min manat təşkil edib.
"Azəristiliktəchizat" ASC mənfəət və zərər hesabatını dərc etmədiyindən şirkətin gəlirləri, xərcləri, xalis mənfəəti və ya zərəri barədə rəqəmləri təqdim edə bilmirik. Ötən il "Azəristiliktəchizat"ın yığılmış zərərinin 10 milyon 371 min 953 manat artması şirkətin ili xalis zərər ilə başa vurduğuna işarədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















