TuranBank iri həcmli kredit cəlb etdi!
TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində yeni kredit sazişi imzalanıb.
TuranBankın yaydığı məlumatda bildirilir ki, cəlb olunan vəsaitlər TuranBank-a üzv ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.
Məlumat üçün bildiririk ki, TuranBank 2011-ci ildən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək müxtəlif biznes sahələrinin maliyyələşdirməsini reallaşdırmışdır. Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan maliyyə bazarında ilk dəfə manat valyutasında kreditləşmə xəttini TuranBank vasitəsilə həyata keçirmişdir. Bank cəlb etdiyi bu vəsait hesabına Kiçik və Orta sahibkarlığın inkişafına dəstək göstərməkdə davam edir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək məqsədilə 1999-cu ildə fəaliyyətə başlayıb. QDTİB üzv ölkələrdə dövlət və özəl sektorda layihələr və ticarətin maliyyələşdirilməsi məqsədi ilə kreditlər, kredit xətləri, səhmdar kapitalı və zəmanətlər verərək iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini əsas tutaraq üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və kapitalında iştirak edir.
TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




























