IV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçiriləcək!

23-26 iyun tarixlərində UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı, PAŞA Holdinq Şirkətlər qrupunun baş sponsorluğu, Fil Agency-nin təşkilati dəstəyi və kreativ tərəfdaşlığı, Facemark MMC-nin təşkilati dəstəyi ilə IV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçiriləcəkdir.
Konfransın keçirilməsində əsas məqsəd elmlərarası tədqiqatların inkişafının dəstəklənməsi, elmin müasir meyilləri üzrə fikir mübadiləsinin aparılmsı və təcrübə paylaşımı, tədqiqatların əlçatanlığının və keyfiyyətinin yüksəldiməsi, eləcə də elmi əməkdaşlıq əlaqələrinin qurulması və yeni beynəlxalq elmi platformanın yaradılması ilə bağlıdır.
Konfransa ABŞ, Almaniya, Fransa, İtaliya, İsveçrə, Çin, Macarıstan, Polşa, İspaniya, İsrail də daxil olmaqla, dünyanın 30-a yaxın ölkəsindən 600-dən çox tədqiqat işi təqdim edilib. Həmin məruzələrdən elm komitəsi tərəfindən seçilmiş ən keyfiyyətli məqalələr SCOPUS platformasında indekslənəcəkdir. Konfransda seçilmiş tədqiqat işlərindən ibarət “Qarabağ və Şərqi Zəngəzurun İqtisadi İnkişafında İnvestisiyaların Rolu”, “Qarabağda biznes mühiti və Kiçik və Orta Biznesin İnkişafı” və “Qarabağ və Şərqi Zəngəzurun İqtisadi Potensialının Sektoral Qiymətləndirilməsi” adlı 3 kitabın təqdimatı baş tutacaqdır. Bundan əlavə konfransa təqdim olunmuş tədqiqat işlərinin xülasələrindən ibarət kitab da hazırlanaraq gələn qonaqlara təqdim olunacaqdır. Dünyanın nüfuzlu elmi nəşriyyatlarından olan SPRINGER nəşriyyatı ilə birlikdə “Green Economy and Green Financing” başlıqlı kitabın nəşri də nəzərdə tutulmuşdur.
Konfransda 50-dən çox tanınmış yerli və xarici mütəxəssislərin iştirakı ilə aktual mövzularda “workshop”lar da təşkil olunacaq.
Konfrans çərçivəsində, UNEP, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Sahibkarlığın İnkişafı Fondu, Təmiz Şəhər ASC, Azərbaycan Beynəlxalq Bankı, McDonald`s kimi qurumların mütəxəssislərinin iştirakı ilə “Green Day” çərçivəsində “Dairəvi İqtisadiyyat və Yaşılq Artımın Maliyyələşdirilməsi” panelində maraqlı müzakirələr aparılacaqdır.
Qeyd edək ki, Konfransın “Baku Marriott Hotel Boulevard”da təşkil olunacaq açılış mərasimi, panel və “workshop”ların hər biri sosial şəbəkələr vasitəsilə canlı yayımlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
