Dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər məlum olub
2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər və makroiqtisadi proqnoz göstəriciləri məlum olub.
Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2022-ci ilin dövlət büdcəsində neft gəlirlərinin təsdiq olunmuş göstəricidən 2 milyard 40 milyon manat, qeyri-neft gəlirlərinin isə 1 milyard 534,3 milyon manat artıq olacağı və ümumilikdə dövlət büdcəsinə 3 milyard 574,3 milyon manat əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır.
2022-ci il ərzində dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi, bir sıra zəruri tədbirlər dövlət büdcəsi qarşısında 2 milyard 985,7 milyon manat həcmində maliyyə tələbatını formalaşdırır.
Həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması zərurətini yaradır.
Dövlət büdcəsinə yenidən baxılmaqla, yuxarıda qeyd olunan xərc tələbatının Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1637 nömrəli Fərmanına əsasən büdcə qaydasının hədəf göstəriciləri (icmal büdcənin qeyri-neft baza kəsiri və dövlət borcu) üzrə müəyyən edilmiş yuxarı hədlərə riayət edilməklə aşağıdakı qaydada maliyyələşdirilməsi nəzərdə tutulur:
- Əlavə qeyri-neft gəlirləri hesabına – 1 milyard 351,1 milyon manat;
- Əlavə neft gəlirləri hesabına – 847,5 milyon manat;
- Dövlət büdcəsində yerdəyişmələrin aparılması hesabına (Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin artırılması və digər xərclərin tənzimlənməsi) – 560,8 milyon manat;
- Qeyri neft gəlirlərinə aid olan “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun 2022-ci ilin əvvəlinə qalığı hesabına 181,0 milyon manat və “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun qalığı hesabına 2,3 milyon manat;
- Dövlət büdcəsinin genişlənmiş kəsirinin maliyyələşmə mənbəyi kimi daxili borclanma hesabına – 43 milyon manat.
Bununla yanaşı, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 192,5 milyon manat məbləğində olan hissəsi dövlət büdcəsinin əlavə neft gəlirləri hesabına əvəzləşdirilir və transfert müvafiq həcmdə azaldılır ki, bu da Dövlət Neft Fondunun aktivlərinin daha da artımını şərtləndirəcək.
Dövlət büdcəsinə yenidən baxılması ilə artırılacaq büdcə xərclərinin əhəmiyyətli hissəsinin investisiya yönümlü xərclərin təşkil etdiyini və bu xərclərin iqtisadi artıma təsirini nəzərə alaraq, qeyri-neft ÜDM-in real artım tempinin 5,5 faizə, ÜDM-nin 115,4 milyard manata o cümlədən, qeyri-neft ÜDM-in 65,7 milyard manata qədər artacağı gözlənilir. Orta illik inflyasiyanın 12,5 faiz olacağı proqnozlaşdırılır.
HƏMÇİNİN OXU: 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır - YENİ RƏQƏMLƏR
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
2 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
2 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
2 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















