Səudiyyə Ərəbistanının vəliəhdi Türkiyəyə gəlir
Yüksək rütbəli bir məmur Bloomberg-ə bildirib ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Türkiyədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı qəbul edəcək.
Marja xəbər verir ki, səfər Ərdoğanın aprelin sonunda Səudiyyə Ərəbistanına səfərindən təxminən 1,5 ay sonra baş tutacaq.
İki G-20 ölkəsi arasında yaxınlaşma Türkiyənin 2018-ci ildə İstanbuldakı baş konsulluqda “Washington Post” qəzetinin yazarı Camal Qaşıqçının qətli ilə bağlı işin Səudiyyə Ərəbistanına göndərilməsindən sonra sürətlənib.
Ərdoğan neft ixrac edən ölkədən investisiya cəlb etmək və ticarət həcmini artırmaq məqsədi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Bin Salman ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Diplomatik addımlar həm də ABŞ prezidenti Co Baydenin vəzifəyə başlamasından sonra regiondakı rəqib güclərin münasibətlərini yaxşılaşdırdığı dövrə təsadüf edir.
Türkiyə Səudiyyə Ərəbistanının ixracatçılara qarşı tətbiq etdiyi qeyri-rəsmi boykotun ləğvini tələb edir. Ötən il Türkiyənin Səudiyyə Ərəbistanına ixracı cəmi 200 milyon dollar olub. 2019-cu ildə Türkiyənin bu ölkəyə ixracaı təxminən 3,2 milyard dollar təşkil edirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








