Əmtəələrin daha 10 faiz bahalaşacağı, neftin 150 dollara qədər yüksələcəyi gözlənilir
Epidemiyanın təchizat zəncirində yaratdığı çətinliklər və Rusiya-Ukrayna müharibəsinin təsiri səbəbindən əmtəə qiymətlərində sürətli artımlar olduğu bir vaxtda, JPMorgan əmtəələrin daha 10 faiz bahalaşacağını proqnozlaşdırır.Qlobal maliyyə xidmətləri şirkəti JPMorgan Chase & Co.-ya görə, tədarükün və ehtiyatların azalması səbəbindən əmtəələr investoruna güclü gəlirlər gətirməyə davam edə bilər.
Marja xəbər verir ki, qurum Şimal yarımkürəsində yay mövsümündə qiymət artımlarının 10 faiz, ilin sonuna doğru isə 5 faiz civarında ola biləcəyini proqnozlaşdırıb.
İlin ortalarına dair proqnoz hesabatını dərc edən JPMorgan, əmtəə bazarında volatilliyin davam edəcəyini gözlədiyini bildirib. Neft qiymətlərinin qısa müddətdə 150 dollara qədər yüksələ biləcəyini təxmin edən JPMorgan, qarğıdalının qiymətinin də rekord 13 dollar səviyyəsinə çata biləcəyini proqnozlaşdırır.
Analitiklər hesabatda bildirirlər: “Ehtiyatların azalması, Liviyada etirazların artması, ABŞ-ın məhsuldarlığın pisləşməsi və Meksika körfəzindəki neftayırma zavodlarının bağlanmasına səbəb ola biləcək Atlantik okeanında aktiv qasırğa mövsümü kimi planlaşdırılmamış hadisələr bazara təsir edəcəkdir”.
Mövcud şərtlərə görə bütün əmtəələrdə alış tövsiyəsi verən hesabat, Bloomberg Əmtəə İndeksinin dəyişkənliyinin pandemiyadan əvvəlki dövrdən bu yana iki dəfədən çox artdığına diqqət çəkib.
Hesabatda, "Əvvəlki dövrlərdə ərzaq qiymətlərində yaşanan inflyasiya təzyiqlərinin əksinə, bu vəziyyətdə stok qıtlığını həll etmək üçün tək yüksək qiymətlər kifayət etməyəcək və bu vəziyyət fikrimizcə qalıcı olacaq" qiymətləndirməsi də yer alıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 d. əvvəl
-
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















