2 yeni qum-çınqıl yatağı hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Marja Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 20 lot üzrə Quba rayonunda yerləşən “Babaçay” və “Qonaqkənd” qum-çınqıl yataqları satışa çıxarılacaq.
Qeyd edək ki, bu rayonda keçiriləcək ilk hərrac olacaq. Başlanğıc qiyməti 6 000- 10 000 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10 % miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 % miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















