Bu dövlət bahalaşma olduğu üçün əhalisinə 28 milyard avro paylayacaq
Avstriya kansleri Karl Nehammer bildirib ki, yardım paketi inflyasiyanın artması nəticəsində iqtisadiyyatın bütün sahələrində qiymət artımı səbəbindən əhalinin üzləşdiyi yükü yüngülləşdirməlidir.
Avstriya hökuməti yüksək inflyasiya fonunda artan qiymətlər səbəbindən əhaliyə artan xərcləri kompensasiya etmək üçün 28 milyard avrodan çox yardım paketi təqdim edir.
Marja.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Avstriya kansleri Karl Nehammer məlumat verib.
"Biz insanlara inflyasiyanın onlardan götürdüyü pulları geri vermək qərarına gəldik. Biz insanların yükünü yüngülləşdirmək üçün 28 milyard avrodan çox paket yaratmağa müvəffəq olduq", - Nehammer Vyanada mətbuat konfransında bildirib.
Kansler əlavə edib ki, yardım paketi inflyasiyanın artması nəticəsində iqtisadiyyatın bütün sahələrində bahalaşma nəticəsində əhalinin üzləşdiyi yükü yüngülləşdirməlidir.
Onun sözlərinə görə, pensiyaçılar 500 avrodan 1000 avroya qədər, vergi ödəyən əhali artan xərcləri kompensasiya etmək üçün eyni məbləğləri, uşaqlı ailələr hər uşağa görə 900 avroya qədər, kasıblar isə 800 avro alacaqlar.
Avstriyada inflyasiya 2022-ci ilin fevralından bəri rekord həddə çatıb. Mart və aprel aylarında, 1981-ci ildən bəri ilk dəfə 6,8% və 7,2% səviyyələrinə çatıb. Artan inflyasiya yanacaq, enerji resursları və ərzaq məhsullarının qiymətlərinin artımını şərtləndirir. May ayında inflyasiyanın 1975-ci ildən bəri ən yüksək səviyyədə - 8% olacağı gözlənilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat sonra
- 30 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
43 d. əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
1 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
3 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
4 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
4 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
