Britaniya rekord benzin qiymətləri səbəbindən taksi sürücülərinin çatışmazlığı yarana bilər
"The Observer" qəzeti qeyd edir ki, britaniyalı taksi sürücüləri ailələrini dolandırmaq üçün ikinci işlərə getməyə və ya həftənin altı günü işləməyə məcbur olublar.
Böyük Britaniyada benzin və dizelin rekord yüksək qiymətləri yeni şəraitdə işləməkdə çətinlik çəkən taksi sürücülərinin sayının kəskin azalmasına səbəb ola bilər.
Marja xəbər verir ki, bu barədə şənbə günü həftəlik "The Observer" qəzeti həmkarlar ittifaqı nümayəndələrinə istinadən məlumat yayıb.
Vurğulanır ki, yanacaq xərclərinin kəskin artması səbəbindən britaniyalı taksi sürücüləri ailələrini dolandırmaq üçün ikinci bir işə və ya həftənin altı günü işləməyə məcbur olublar. Nəşr qeyd edir ki, Londonda taksi sürücülərinin kəskin çatışmazlığı əvvəllər də hiss olunurdu, lakin koronavirus pandemiyası və enerji böhranı vəziyyəti daha da gərginləşdirib.
Cümə axşamı Böyük Britaniyada avtomobilin standart 55 litrlik yanacaq çəninin doldurulmasının xərci ilk dəfə olaraq 100 funt-sterlinq həddi (təxminən 125 dollar) keçib.
İqtisadçılar qeyd edir ki, Krallıqda rekord yüksək yanacağın qiyməti qaçılmaz olaraq inflyasiya meyllərinin artmasına səbəb olacaq. Aprel ayında Böyük Britaniyada illik inflyasiya 9%-ə qədər sürətlənib (son 40 ilin ən yüksək göstəricisi). İngiltərə Mərkəzi Bankı ilin sonuna qədər Böyük Britaniyada inflyasiyanın 10%-i keçəcəyini təxmin edir. Bundan əvvəl Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi Böyük Britaniyanın 1950-ci illərdən bəri həyat standartlarında ən böyük pisləşmə üzləşmək riski barədə xəbərdarlıq etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat sonra
- 37 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
50 d. əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
1 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
3 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
4 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
4 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
