Azərbaycan günəş, külək və hidrogen enerjisi üzrə meqa layihələr üçün - MÜQAVİLƏLƏR İMZALADI
Energetika Nazirliyi və Masdar quruda və dənizdə ümumi gücü 4 QVt olan külək və günəş enerjisi layihələri üzrə İcra müqavilələri imzalayıb.jpeg)
“Bakı Enerji Həftəsi”nin Şuşada keçirilən xüsusi sessiyası çərçivəsində Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1QVt gücündə günəş və 1QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanıb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, quruda ümumi qoyuluş gücü 2 QVt olan külək-günəş enerjisi layihələri üzrə İcra Müqaviləsi çərçivəsində istehsal olunacaq enerjinin müəyyən bir qisminin ölkənin enerji sisteminə ötürülməsi üçün şəbəkə imkanlarının müfəssəl araşdırılması, şəbəkənin gücləndirilməsi üzrə lazımi tədbirlərin görülməsi, həmçinin elektrik enerjisinin ixracı məqsədilə müvafiq proseslərin həyata keçirilməsi planlaşdırılır.
Dənizdə qoyuluş gücü 2 QVt olan külək və hidrogen enerjisi layihələri üzrə İcra Müqaviləsi isə istehsal və ixrac məqsədli külək elektrik enerjisi güclərinin yaradılmasını, karbonsuzlaşdırma, hidogenin istehsalı və ixracı istiqamətində kompleks tədbirlərin görülməsini nəzərdə tutur.
Energetika naziri Pərviz Şahbazov deyib:
“Bu gün Azərbaycan Prezidentinin bərpa olunan enerji mənbələrini ölkənin inkişafında strateji prioritet kimi müəyyənləşdirən “yaşıl” enerji kursuna uyğun olaraq “Masdar” şirkəti ilə meqa layihələrə imza atırıq. Bu 4000 MVt gücündə günəş, külək və “yaşıl” hidrogen layihələri regionda və energetika tariximizdə bərpa olunan enerji üzrə ən böyük istehsal gücləri olmaqla bərabər Azərbaycanın “yaşıl artım” ölkəsi, “yaşıl” enerjinin istehsalçısı və ixracatçısı kimi inkişafına geniş imkanlar, həmçinin çoxmilyardlı “yaşıl” investisiyanın cəlbinə fürsət yaradır. Bu layihələrin bir qisminin azad edilmiş ərazilərdə reallaşdırılması nəzərdə tutulur ki, bu da həmin bölgənin “sıfır emissiya”lı “yaşıl” enerji zonası konsepsiyasında inkişafına töhfə olacaqdır. Həmçinin dənizdə külək elektrik enerjisi güclərinin yaradılması və hidrogenin istehsal edilməsi ilə Xəzərin tarixində Azərbaycan vasitəsilə yeni səhifə açılır.”
“Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi deyib:
“Bu müqavilə “Masdar” şirkəti ilə Azərbaycan arasında mövcud olan sıx münasibətləri daha da möhkəmləndirəcək və “təmiz” enerji sahəsində milli məqsədlərə nail olmağa əhəmiyyətli töhfə verəcəkdir. Şirkətimizin bərpa olunan enerji mənbələri sahəsində bilik və təcrübəsi Azərbaycanda enerji keçidini dəstəkləyəcək, eyni zamanda dayanıqlı inkişafa, enerji təhlükəsizliyinin təminatına və zərərli tullantıların azaldılmasına dəstək verəcəkdir. Biz Azərbaycanda tərəfdaşlarımızla bir çox layihələrin birgə reallaşdırılmasını səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, hazırda “Masdar” şirkəti ilə 220 milyon ABŞ dollarından çox investesiya hesabına 230 MVt gücündə Qaradağ GES-in inşası üzrə əməkdaşlıq edilir.
“Masdar” şirkəti 2030-cu ilə qədər balansında ümumilikdə 50 QVt, sonrakı illərdə isə 100 QVt-dan çox qoyuluş güclərinin olacağı gözlənilən dünyanın ən sürətlə inkişaf edən bərpa olunan enerji şirkətlərindən biridir.
HƏMÇİNİN OXU: Energetika Nazirliyi və bp arasında növbəti razılaşma
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat əvvəl
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
