Milli Marketinq Forumunun spikerləri ilə görüş keçirilib
Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru Azerlotereyanın baş sponsorluğu, 2010-cu ildən Türkiyənin ən gənc və uğurlu tədqiqat şirkətlərindən biri olan “Future Bright İnternational” MMC-nin sponsorluğu, ölkənin sevilən enerji içkilərindən olan “Bizon”, SMG şirkətinin və 2003-cü ildən fəaliyyət göstərən “Başkent” restoran və şirniyyat evi şəbəkəsinin dəstəyi ilə bu il VIII dəfə keçiriləcək Milli Marketinq Forumunun moderator və spikerlər ilə keçirilmiş görüş zamanı forumda baş tutacaq panelərin mövzuları əhatəsində müzakirələr aparılıb. Azərbaycan və Türkiyədən dəvət olunmuş spikerlər Milli Marketinq Forumunda spiker olmaqdan məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, 10-11 iyun tarixlərində keçiriləcək və 2 gün davam edəcək forumun ilk günü “Milli Keyslər”, “Data və İstehlakçı davranışı”, “Media və Reklam”, ikinci günü isə “Ziddiyyətlərin debatı”, “Strateji kommunikasiya”, “Riteyl, Satış və Ticari Marketinq”, “Rəqəmsal Marketinq” panellərinə həsr edilmiş və bu bu panellər əhatəsində ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin qarşılaşdığı 11 ən mühüm problemə qarşı öz çıxış yolumuzu tapmağı qarşısına hədəf qoymuşdur.
Milli keyslər paneli "Sağlam Ailə" klinikasının icraçı direktoru Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutacaq. Panel çərçivəsində “Ballı Bisi” şirniyyat evinin təsisçisi Esmira Avilova, Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının Üzvü, "Oba" Marketlər Şəbəkəsinin İdarə Heyətinin Sədri Vüsal Şərifov və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının Həmtəsisçisi və Prezidenti Vasif Eyvazzadə öz təcrübələrini paylaşacaqlar.
“Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə “Data və İstehlakçı davranışı” panelində Bilgi universitetinin istehlakçı davranışı üzrə təlimçisi Akan Abdula, “Usespots” şirkətinin təsisçisi Mustafa Dalcı və Kapital Bankın marketinq ekspert mərkəzinin lideri Günel Mavliyarova spiker qismində çıxış edəcəklər.
Marketinq Peşəkarları Birliyi, Brendinq və Kommunikasiya üzrə müstəqil məsləhətçi Elnur Nurəlinin moderator olacağı “Media və Reklam” paneli ADRA Strafteji İnkişaf və Kommunikasiya şöbəsinin müdiri Elçin Mahir, "Azad Azərbaycan" televiziyasının İcraçı direktoru İsmayıl Həsənov, “Starcom” şirkətinin direktoru Ziya Yusifov və Vostok TV-nin vitse-prezidenti, eyni zamanda Beylimedia şirkətinin təsisçisi Şəhriyar İmanbəylinin çıxışı ilə baş tutacaqdır.
Forumun ikinci günü gündəmə gətiriləcək “Ziddiyyətlərin debatı” paneli DJ Fatehin moderatorluğu ilə “Söhbətgah” layihəsinin həmtəsisçiləri Tural Yusifov və Əli Xəyyam, rejissor İlham Qasımovun müzakirələri əsasında keçiriləcəkdir.
“Strateji kommunikasiya” paneli isə “Synergy Partnership” şirkətinin baş direktoru Rüfət Abbasovun moderatorluğu, “Azercell” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Sona Abbasova və “Paşa Holdinq” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadənin çıxışına həsr olunacaqdır.
“Riteyl, Satış və Ticari Marketinq” paneli “Blue Planet Distribution” şirkətinin marketinq meneceri Nuranə İsgəndərovanın moderatorluğu ilə baş tutacaq. Paneldə “Veysəloğlu” MMC-nin CRM direktoru Fuad Məmmədov, “Army Group”un İdarə Heyətinin üzvü Kamal Mirzəyev və Azərsun Holdinqin Marketinq direktoru Derya Cantutan spiker qismində çıxış edəcəkdir.
Sonuncu panel “Rəqəmsal Marketinq” mövzusuna həsr olunmuşdur. Panelin moderatorluğunu “ELSEO” MMC-nin təsisçisi Elşən Cəfərov edəcəkdir. Spiker qismində isə “FCB ArtGroup” şirkətinin rəqəmsal kreativ direktoru Göktug Sarı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşəcəkdir.
Tədbirin sonunda “After Party” təşkil olunacaq.
Forumda iştirak etmək və daha ətraflı məlumat əldə etmək üçün millimarketinqforum.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
5 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 30 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
1 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
-
1 saat əvvəl
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Ən çox oxunanlar
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
"Changan Azərbaycan" iddialara cavab verdi: "Məlumatlarməqsədli qarayaxma kampaniyası xarakteri daşıyır" - VİDEO
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub




















