bp Azərbaycan üçün dekarbonizasiya üzrə təkliflər sənədini təqdim edib
Bu gün bp Azərbaycanın enerji keçidinə dəstək məqsədilə dekarbonizasiyaya dair əhatəli təklif və tövsiyələri əks etdirən sənədi Energetika Nazirliyinə təqdim edib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sənəddə Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı, az karbonlu həll imkanları, innovativ bərpa olunan enerji layihələri, habelə bp-nin dəstək ola biləcəyi layihələrdən bəhs edilir.
Karbonsuzlaşdırma strateji aspektdə əsaslandırılaraq bu prosesin 2050-ci ilə qədər olan müddətdə Azərbaycan üçün mümkün nəticələri təqdim edilir.
Energetika naziri Pərviz Şahbazov deyib:
“Azərbaycanın “yaşıl” artım ölkəsi olaraq inkişaf etmək və xalis sıfır emissiyalı “yaşıl enerji” zonası yaratmaq kimi transformativ prioritet və planları aşağı karbonlu yanaşmaların tətbiqini vacib edir. Bu sənəd Azərbaycanın bərpa olunan enerji mənbələrinə əsaslanan enerji sistemi və aşağı karbonlu gələcək qurmaq, 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faizədək azaltmaq niyyətinə çatmaq üçün mütərəqqi həllər təqdim edir. bp-nin karbonsuzlaşdırma ilə bağlı prosesə dəstəyi, eləcə də “yaşıl” gündəliyimizin icrasında iştirakı karbohidrogen sektorunda uzunmüddətli və etibarlı tərəfdaşlığımızı yeni səviyyə yüksəldir, qlobal iqlim hədəflərinə birgə töhfələrimizə yol açır”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib:
“Bu sənədin hazırlanması və bugünkü təqdimat ölkənin enerji keçidi səylərinə dəstək olaraq bp-nin Azərbaycan hökuməti ilə əməkdaşlığında irəliyə doğru atılmış önəmli bir addımdır. Ötən ilki memorandumun imzalanmasından bəri biz ciddi işləyərək bp Qrupunda tətbiq olunan az karbonlu texnologiyalar və biznes modelləri təcrübəsindən istifadə etməklə Azərbaycan üçün bu sənədi hazırlamışıq. Çox məmnunuq ki, artıq bu sənədin bir sıra komponentləri üzərində iş gedir. Ümid edirik ki, bp istər karbohidrogenlər, istərsə də az karbonlu enerji sahəsində Azərbaycanın enerji ehtiyatlarının işləniməsinə yardım etməkdə aparıcı rol oynamağa davam edəcək”.
Bu sənəd iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın şəhər və rayonlarında bərpa olunan enerji layihələri üçün tələb edilən potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə 2021-ci ilin fevral ayında Energetika Nazirliyi ilə bp şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanır.
Həmin vaxtdan etibarən bp və Energetika Nazirliyi, həmçinin müxtəlif dövlət qurumları bu sənədin hazırlanması istiqamətində fəal əməkdaşlığa cəlb edilib. Ölkə üçün müxtəlif dekarbonizasiya imkanlarının intensiv müzakirəsi əsasında bu sənəd tərtib olunub.
bp və Energetika Nazirliyi Azərbaycanın az karbonlu enerji ehtiyatlarının işlənməsi üzrə vizyonunun reallaşdırılması və ölkənin ümumi dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq etməkdə davam edəcək.
Müştərilərin xəbərləri
Azərbaycanın ən böyük vençur kapitalı fondu Gürcüstan startapının investisiya raundunu uğurla başa çatdırıb
Sərfəli şərtlərlə təmirli mənzil istəyənlər üçün "Biləcəri" layihəsində 15%-dən başlayan ilkin ödəniş imkanı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Azərbaycanın ən böyük vençur kapitalı fondu Gürcüstan startapının investisiya raundunu uğurla başa çatdırıb
BOKT nizamnamə kapitalını yenidən artırır
Sərfəli şərtlərlə təmirli mənzil istəyənlər üçün "Biləcəri" layihəsində 15%-dən başlayan ilkin ödəniş imkanı
“Azərsun Holdinq”dən doğma dilimizə dəstək
“Möhtəşəm Cümə” nağd kredit kampaniyası - 0% KOMİSSİYA
Ən çox oxunanlar
Birbanklı olmağın üstünlükləri - SİYAHI
Azərbaycan neftinin son qiyməti
Karabakh Group/Aqil Talıbov: "Satınalmada yalnız ən aşağı qiymət prinsipi deyil, “ən ağıllı təklif” yanaşması prioritet olmalıdır"
5 BOKT-un illik mənfəət vergisi ödəmələri 1 milyon manatdan az deyil
Afrikada ilk Azərbaycan biznes forumu keçirilib, 3 anlaşma memorandumu imzalanıb - FOTOLAR
OPEC+ iclası öncəsi neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı













.jpg)



.jpg)
