Coca-Cola və tərəfdaşları “Tullantısız Dünya” uğrunda
Bakıda faəliyyət göstərən onlarla kafe və restoran, həmçinin kino zallarında çoxsaylı çeşidləmə qutuları yerləşdirilib. 5 ay ərzində ümumilikdə 5 ton plastik tullantı toplanıb.
Coca-Cola fəaliyyətdə olduğu bütün ölkələrdə “Tullantısız Dünya” proqramını həyata keçirir və bu proqrama əsasən şirkət öz tərəfdaşları ilə birgə plastik tullantıların azaldılması, toplanaraq təkrar emala göndərilməsinə xidmət edən layihələrə dəstək olur.
Azərbaycanda da Coca-Cola öz tərəfdaşları ilə “Təmiz Ölkəm”, “Sahilyanı Təmizlik”, “Təmiz Sumqayıt” kimi layihələr həyata keçirməkdədir.
Bu dəfə isə “Tullantısız Dünya” proqramı çərçivəsində Bakıda yeni, tamamilə fərqli bir iş qurulub. Coca-Cola Azərbaycan, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universiteti Fondu, Pasha Malls və CinemaPlus şəbəkəsinin birgə əməkdaşlığı ilə “HORECA Collection” layihəsi artıq 5 aydır davam edir.
Bakıda faəliyyət göstərən onlarla kafe və restoran, həmçinin Pasha Malls qrupuna daxil olan ticarət mərkəzlərindəki restoranlar və CinemaPlus kino zalları bu təşəbbüsü dəstəkləyərək müştərilərini ekoloji məsuliyyətli davranışa çağırır, istehlakçıları istifadə etdikləri qablaşdırma tullantılarını yerindəcə təkrar emala göndərməyə dəvət edir. Bu məqsədlə sözügedən yerlərdə çoxsaylı çeşidləmə qutuları yerləşdirilib.
Hələlik yalnız Bakıda həyata keçirilən layihədə şəhərin müxtəlif yerlərindən 50-dan çox tərəfdaş cəlb edilib. İlkin dövrlərdə restoranlarla icra olunan layihəyə, Bakının iri ticarət mərkəzlərindən biri olan Gənclik Mall, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və CinemaPlus kinoteatrlar şəbəkəsi də qoşulub. 5 ay ərzində ümumilikdə 5 ton plastik tullantı toplanıb.
Qeyd edək ki, bundan əvvəl Coca-Cola şirkəti, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər tərəfdaşlarla birgə ekoloji istiqamətli “Təmiz Ölkəm”, “ Təmiz Sumqayıt”, “Xəzəri Qoruyaq” kimi bir sıra layihələr icra edib və ümümilikdə 50 tondan çox tullantı təkrar emala qaytarılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
