Vergilər Nazirliyi xarici investorların biznesə başlamaq prosedurunu asanlaşdırır
“Prezident İlham Əliyev Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, ASAN Xidmət Mərkəzinə və bir sıra dövlət orqanlarına rəqəmsal ticarət qovşağının yaradılması ilə bağlı tapşırıqlar verib”.
Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib. Onun sözlərinə görə, Vergilər Nazirliyi icraçısı olduğu məsələlərlə bağlı tədbirlər planı hazırlayıb.
“Tapşırıqlardan biri diplomatik konsulluqlar və nümayəndəliklər vasitəsilə “ASAN İmza”nın verilməsinin təmin olunması ilə bağlı idi. “ASAN İmza” üzrə Sertifikat Xidmət Mərkəzi Vergilər Nazirliyində olduğuna görə bununla bağlı bizdə işlər gedir. Digər tərəfdən gücləndirilmiş elektron imzası olan şəxslərin Azərbaycanda elektron qeydiyyatının, yəni biznesə başlamanın elektronlaşması imkanının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki, qanun layihəsinin qəbulundan sonra onun tətbiqindən danışmaq olar. Bu, tək qanundan asılı olan bir şey deyil. Gücləndirilmiş imzaların bizim diplomatik nümayəndəliklər tərəfindən ölkədən kənarda verilməsi texniki cəhətdən təmin olunmalıdır ki, qeyri-rezident öz ölkəsindən həmin sistem üzərindən elektron qaydada daxil olaraq Azərbaycanda müəssisə yarada bilsin. Bununla bağlı qüvvədə olan qanunvericiliyə dəyişiklik olunacaq”, - deyə S. Musayeva vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























