AzerGold yeni qızıl məhsullarını satışa çıxardı
2, 50 və 100 qram çəkilərdə qızıl külçələr alıcılara təqdim edilir.“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yeni növ qızıl məhsulları satışa çıxarılıb.
Marja.az şirkətə istinadən xəbər verir ki, çəkisi 5,10, 20, 500, 1000 qram və 1, 10 unsiya olan qızıl külçələr kolleksiyasına alıcıların tələbatı nəzərə alınmaqla ilk dəfə olaraq 2, 50 və 100 qram çəkilərdə qızıl külçələr əlavə edilib.
Yeni növ məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində qızılın dünya birjasındakı cari qiymətinə uyğun və istehsal xərclərini əhatə edən minimal marja ilə satışa çıxarılıb.
Məhsullar, həmçinin onlayn satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim edilib. Əlavə olaraq, məhsulların mərkəzdə qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin edilir. Beləliklə, alıcıların təkcə dəyərli hədiyyə deyil, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən investisiya aləti qismində seçim imkanları daha da genişləndirilib.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün hazırlanan ilk məhsullar 2018-ci ildə istehsal edilmişdir. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunmaqla Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlmişdir. 2021-ci ildə Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunmuş “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin qalib layihələri əsasında isə daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə “Şuşa” və “Qarabağ” qızıl sikkə kolleksiyaları istehsal edilərək satışa çıxarılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























