Ticarət şəbəkəsində 12,9 milyard manatlıq məhsullar satılıb
2017-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9 faiz üstələyərək 12,9 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 6,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,8 faiz və 2,9 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2016-cı ilin yanvar-may aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 12 918,3 | 101,9 |
o cümlədən: ərzaq məhsulları | 5 842,1 | 100,9 |
içkilər və tütün məmulatları | 686,9 | 100,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 2 324,6 | 103,5 |
elektrik malları və mebellər | 806,0 | 102,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 96,0 | 102,1 |
əczaçılıq və tibbi mallar | 171,2 | 101,8 |
avtomobil yanacağı | 642,4 | 99,9 |
digər qeyri-ərzaq məhsulları | 2 349,1 | 103,6 |
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,0 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-may aylarında istehlak məhsullarının 11,5 faizi ticarət müəssisələri, 53,6 faizi fərdi sahibkarlar tərəfindən, 34,9 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3 faiz, fərdi sahibkarlar üzrə 2,5 faiz, bazar və yarmarkalar üzrə 0,1 faiz artmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 266,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 37,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 134,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,7 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 18 saat sonra
-
- 14 saat sonra
-
2 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
3 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
3 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb



















.jpg)



