Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kosmik Agentliyi – Azərkosmosun idarə heyətinin sədr müavini Dunay Bədirxanov Beynəlxalq Astronavtika Federasiyasının “Gənc kosmik liderlərin tanıtım proqramı”nın (Young Space Leaders Recognition Program) dünya üzrə səkkiz üzvündən biri seçilib.
Azərkosmos-un yaydığı məlumatda bildirilir ki, proqram üzvləri akademik karyeralarında kosmik sahə üzrə müstəsna töhfələri olan gənclər arasından seçilir. Həmin liderlər, həmçinin tələbə və gənc mütəxəssislərə öz bilik və təcrübəsini ötürür, beynəlxalq kosmik sahədə fəaliyyətləri ilə fərqlənirlər.
Azərbaycan təmsilçisi ilə yanaşı, ABŞ-ın “Virgin Galactic” şirkətinin hökumət və tədqiqat işləri üzrə vitse-prezidenti Sirişa Bandla, Türkiyənin “DeltaV Space Technologies Inc.” şirkətinin baş mühəndisi Ozan Kara, Kanada Kosmik Agentliyinin üzvü Mariam Naseem, Lüksemburq Universitetinin kosmik qanun üzrə doktorantı Antonino Salmeri, Kosmik hüquq və siyasət üzrə müstəqil ekspert Ruvimbo Samanqa, “Dünya Kosmos Həftəsi” layihəsinin rəhbəri Maruska Strah və “Kosmik Nəsil Məsləhət Şurası”nın sədri Antoni Yuen gənc kosmik liderlər sırasındadır.
“Gənc kosmik liderlərin tanıtım proqramı”nın əsas məqsədi seçilmiş liderlərin ictimaiyyət arasında kosmosa dair təbliğat işləri aparması, Beynəlxalq Astronavtika Federasiyasının komitələrinin işinə töhfə verməsində birbaşa iştirak etməkdir. Eyni zamanda həmin gənclərin beynəlxalq plenar iclas və kosmos sahəsinə aid qlobal tədbirlərə fəal şəkildə qatılmalarına, bilik və təcrübə mübadiləsinə dəstək veriləcək.
Qeyd edək ki, Dunay Bədirxanov artıq 11 ildən çoxdur ki, Azərkosmosda çalışır. O, 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi üzrə Beynəlxalq Proqram Komitəsinin həmsədridir. Dunay Bədirxanov əmək fəaliyyəti dövründə Azərbaycanın “Azerspace-1” və “Azerspace-2” peyklərinin orbitə çıxarılması üzrə məsul vəzifələrdə, o cümlədən “Azerspace-2” peyk layihəsinin proqram meneceri olub.
Azərbaycan federasiyasının “Tanıtım” proqramında təmsil olunması ölkədə kosmos sahəsində fəaliyyət göstərən və marağı olan gənclər üçün uğurlu yol açacaq.
“Gənc kosmik liderlərin tanıtım proqramı” və üzvlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
https://www.iafastro.org/news/the-2021-iaf-young-space-leaders.html
Xatırladaq ki, artıq 71 ildir fəaliyyət göstərən Beynəlxalq Astronavtika Federasiyasının 72 ölkədən 433 üzvü var. Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos 2018-ci ildən federasiyanın fəal üzvüdür və 2023-cü ildə Bakı şəhəri kosmik sahənin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
2 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
2 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























