Türkiyənin turizm gəlirləri kəskin artıb - orta hesabla gecəlik xərc 75 dollar olub
Türkitə Statistika Xidmətinin (TÜİK) məlumatlarına görə, ölkənin turizm gəlirləri yanvar, fevral və mart aylarından ibarət olan birinci rübdə ötən ilin eyni rübü ilə müqayisədə 122,4% artaraq 5 milyard 454 milyon 488 min dollar təşkil edib. Turizm gəlirlərinin 76,5 faizi xarici qonaqlardan, 23,5 faizi isə xaricdə yaşayan vətəndaşlardan əldə edilib.
Türkitə Statistika Xidməti (TÜİK), "Turizm Statistikaları, Yanvar-Mart 2022" məlumatlarını açıqlanıb.
Marja.az məlumatlara istinadən xəbər verir ki, yanvar, fevral və mart aylarından ibarət olan birinci rübdə ölkənin turizm gəlirləri əvvəlki ilin eyni rübü ilə müqayisədə 122,4% artaraq 5 milyard 454 milyon 488 min dollar təşkil edib. Turizm gəlirlərinin 76,5 faizi (mobil telefon rouminqi və marina xidməti xərcləri istisna olmaqla) xarici qonaqlardan, 23,5 faizi isə xaricdə yaşayan vətəndaşlardan əldə edilib.
Bu rübdə çəkilən xərclərin 4 milyard 852 milyon 137 min dollarını şəxsi xərclər, 602 milyon 350 min dollarını isə paket tur xərcləri təşkil edib.
Ötən ilin müvafiq rübü ilə müqayisədə bu rübdə bütün növ xərclər artıb. İdman, təhsil və əyləncə xərcləri 306,6 faiz, paket tur xərcləri (ölkədə qalan pay) 287,7 faiz, beynəlxalq nəqliyyat xərcləri 135,9 faiz artıb.
Bu rübdə gecələyən əcnəbilərin orta hesabla gecəlik xərci 75 dollar, xaricdə yaşayan vətəndaşların gecəlik xərci isə 51 dollar olub.
Türkiyədən çıxan ziyarətçilərin sayı 2022-ci ilin birinci rübündə əvvəlki ilin eyni rübünə nisbətən 148,1 faiz artaraq 6 milyon 451 min 657 nəfərə çatıb. Onların 76,6 faizini 4 milyon 943 min 964 nəfərlə əcnəbilər, 23,4 faizini isə 1 milyon 507 min 693 nəfərlə xaricdə yaşayan vətəndaşlar təşkil edib.
Bu rübdə xarici ziyarətçilər Türkiyəyə 52,1% ilə daha çox "səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər" üçün səfər edib.
İkinci yerdə 24 faizlə “Qohum və dostları ziyarət etmək”, üçüncü yerdə isə 10,1 faizlə “alış-veriş” qərarlaşıb. Xaricdə yaşayan vətəndaşlar isə 62,4 faizlə Türkiyəyə daha çox “qohum və dostları ziyarət etmək” məqsədi ilə gəliblər.
Turizm xərcləri 181,3 faiz artıb
Ölkədə yaşayan və başqa ölkələrə səfər edən Türkiyə vətəndaşlarının xərclərindən ibarət turizm xərcləri ötən ilin eyni rübü ilə müqayisədə 181,3 faiz artaraq 664 milyon 989 min dollar olub. Bunun 623 milyon 265 min dollarını şəxsi, 41 milyon 724 min dollarını isə paket tur xərcləri təşkil edib.
Bu rübdə xaricə gedən vətəndaşların sayı əvvəlki ilin eyni rübünə nisbətən 269,6 faiz artaraq 1 milyon 39 min 666 nəfərə çatıb. Onların adambaşına düşən orta xərcləri 640 dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat sonra
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
13 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
16 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
16 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
16 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
