“Ziraat Bank Azərbaycan”dan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Gününün təşkilinə dəstək!

(®) Türkiyə Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürk tərəfindən dünya uşaqlarına hədiyyə olunmuş 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə hər il ənənəvi olaraq Türkiyə Respublikasının Gəncədəki Başkonsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında şəhid və qazi övladları, həmçinin kimsəsiz ailələrin uşaqları üçün bayram tədbiri təşkil olunmuşdur.
Tədbirdə digər şirkətlərlə yanaşı, daim sosial layihələr ilə öz adını duyuran Ziraat Bank Azərbaycan da öz dəstəyini əsirgəməmişdir. Bankın dəstəyi ilə keçirilən tədbirdə uşaqlar üçün şou-proqram, yarışmalar keçirilmiş vəmüxtəlif növ hədiyyələr təqdim olunmuşdur. Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk uşaqları 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edərək, əlamətdar günün tarixindən, əhəmiyyətindən danışmışdır.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 16 d. əvvəl
-
- 18 d. əvvəl
-
21 d. əvvəl
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

Oktyabrın 8-də gözlənilən hava şəraiti

Çin ardıcıl 11-ci aydır qızıl alır

"Əlavə xarici borclanma olacaq"

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar

"5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir"

Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir

Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı

Unikal bank əmanətçilərinin sayı açıqlandı

Bank mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir

“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək
