Bu Nazirliyə yeni Aparat rəhbəri təyin olunub
Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.
Nazir Anar Kərimovun müvafiq əmri ilə Vüqar Məmmədov Aparat rəhbəri təyin edilib.
Vüqar Məmmədov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetini, 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fəqlənmə diplomları ilə bitib.
Əmək fəaliyyətinə özəl sahədə başlayan Vüqar Məmmədov 2009-cu ildən Mədəniyyət və Turizm Nazirliyində işləməyə başlamışdır. Nazirliyin Mədəniyyət siyasəti, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbələrində 2009-2016-cı illərdə məsləhətçi, aparıcı məsləhətçi, 2016-2018-ci ilərdə Elm, təhsil və gənclərlə iş şöbəsində sektor müdiri vəzifələrində çalışıb.
Mədəniyyət Nazirliyində 2018-2020-ci illərdə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsində sektor müdiri, şöbə müdirinin müavini, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək Regional siyasət şöbəsinin müdiri vəzifələrində işləmişdir. Son təyinatınadək Strateji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib
Vüqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində təsis edilmiş Komissiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Azərbaycan Respublikası Turizm Şurasının Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun katibi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması üzrə İşçi Qrupunun üzvü olub.
Hazırda Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibində fəaliyyət göstərən bir neçə işçi qrupunun üzvü kimi fəaliyyət göstərir.
İşğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpa konsepsiyaları və digər milli proqramların və layihələrin həyata keçirilməsində müəllif, həmmüəllif, əlaqədəndirici və icraçı kimi iştirak edir.
V.Məmmədov Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin iclasında və Avropa Şurasının Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumunda Azərbaycan üzrə nümayəndə, “İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminarda ekspert, “British Council” dəstəyi ilə “Mədəniyyət sahəsində liderlik” Beynəlxalq Proqramı çərçivəsində keçirilmiş “Mədəniyyət sahəsində menecment” mövzusunda seminarda Mədəniyyət Nazirliyinin nümayəndəsi, çoxsaylı beynəlxalq mədəniyyət və incəsənət festivallarında Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri kimi iştirak edib.
Bundan əlavə bir sıra beynəlxalq tədbirlərin keçirilməsində Təşkilat komitələrinin üzvü kimi təmsil olunub.
Yeni Azərbaycan Partiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planının müəllifi və koordinatoru olmuşdur.
Fəaliyyəti dövründə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, habelə digər fəxri fərman və medallarla təltif edilib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















