“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

(®) “Nar” Beynəlxalq Kitab günündə Azərbaycanın ən böyük ödənişsiz səsli kitabxanası olan “Canlı Kitab” layihəsindən daha çox insanın xəbərdar olması və faydalanması üçün “Facebook” və “Instagram” səhifələrində maraqlı müsabiqə keçirir. Mobil operatorun sosial media səhifələrini izləməklə müsabiqənin şərtləri ilə tanış ola və dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.
Azərbaycandilli auditoriya üçün yaradılmış “Canlı Kitab” səhifəsində 70-dək müəllifin 600-ə yaxın bədii ədəbiyyat əsəri səsləndirilib. Qısa zaman ərzində zəngin kitabxana quran “Canlı Kitab”, bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlara, həmçinin vaxt azlığı səbəbindən kitab oxumağa imkanı olmayan şəxslərə çatdırır. Beynəlxalq Kitab günü münasibətilə “Belə-belə işlər” komandası da bu audio kitabxananın ərsəyə gəlməsi və önəmi barədə maraqlı videosüjet hazırlayıb. Videosüjeti “Belə belə işlər” layihəsinin sosial media səhifələrindən izləyə bilərsiniz.
“Canlı Kitab” layihəsi mobil operator “Nar”ın dəstəyilə ərsəyə gəlib və bu tərəfdaşlıq sayəsində audio kitabxana yenilənir və ödənişsiz əsasda fəaliyyət göstərir. Hazırda audio resursların digər sosial media platformalarına yerləşdirilməsi prosesi başlayıb. Yaxın günlərdə səsli kitab həvəskarları “SoundCloud” üzərindən də “Canlı Kitab”ı dinləyə biləcəklər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 21 d. əvvəl
-
-
34 d. əvvəl
Digər bankdakı kreditini 0 % komissiya və aşağı faizlə Unibanka gətir!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Respublika Diaqnostika Mərkəzi“ndə təcili yığıncaq - Baş direktor seçiləcək
-
1 saat əvvəl
“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank of America": Qızılın kəskin bahalaşması dövrü sona çatır- XƏBƏRDARLIQ
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Unikal bank əmanətçilərinin sayı açıqlandı

Bank mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir

“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək

"Atasığorta"nın kapitalı kəskin azaldılır
Ən çox oxunanlar

İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı

Rəsmi məzənnələr açıqlandı

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
