Azərbaycan iş adamları İordaniyada səfərdədir - Anlaşma Memorandumu imzalanıb

Azərbaycan iş adamları İordaniyada işgüzar səfərdədir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ölkəmizin İordaniyadakı Səfirliyi ilə əlaqələndirilməklə baş tutan səfərin məqsədi Azərbaycan və İordaniyanın iş adamları və müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müvafiq qurumlarda müzakirə olunmasıdır. Bu barədə KOBİA-nın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə biznesə dəstək göstərən müvafiq qurumların, biznes assosiasiyaların nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida, turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət göstərən və idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları daxildir.
İordaniyaya səfər çərçivəsində aprelin 17-də Əmmanda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin investisiya naziri Khairy Amr ilə görüşüb. Görüşdə Orxan Məmmədov KOBİA və Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin səfər proqramı barədə məlumat verərək ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafının vacib istiqamətlərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, Agentlik biznes və investisiya təşəbbüsləri ilə bağlı məlumat mübadiləsinə dair birgə əməkdaşlıq platformalarına, İordaniya iş adamlarının Azərbaycana işgüzar missiyasının təşkilinə və ölkəmizdə keçiriləcək sərgilərdə iştirakına dəstək göstərməyə hazırdır. Potensial investisiya layihələrinin mübadiləsi və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsində də KOBİA İordaniyanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıdır.
İordaniyanın investisiya naziri Khairy Amr Azərbaycanın biznesə dəstək göstərən qurumlarının nümayəndələrindən və iş adamlarından ibarət nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu bildirib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, gələcək birgə təşəbbüslərə dəstək verəcəyini bildirib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İordaniyanın Sənaye Palatasının sədri Fathi Al-Jagber arasında keçirilmiş görüşdə isə ticarət əlaqələrinə və bu istiqamətdə iş adamları arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Palatanın rəhbərliyi və İordaniya iş adamları Azərbaycana səfərə dəvət olunub.
Görüş çərçivəsində Orxan Məmmədov və Fathi Al-Jagber əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladılar. Sənəd sahibkarlıq sahəsində məlumat və təcrübə mübadiləsi, iş adamları arasında əlaqələrin təşviqi, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes missiyaların təşkili kimi məsələləri əhatə edir.
Həmin gün Əmman şəhərində İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumu keçirilib. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İordaniya İş Adamları Assosiasiyası tərəfindən birgə təşkil olunub.
Forumda Azərbaycan tərəfindən kənd təsərrüfatı, turizm, otelçilik, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. İordaniya tərəfi də biznes forumda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.
Forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, KOBİA-nın dəstək mexanizmləri barədə tədbir təşkilatçılarına məlumat verib. İordaniyanın investisiya naziri Kheiry Amr, İordaniya İş Adamları Assosiasiyasının sədri Hamdi Tabbaa, Azərbaycan Respublikasının İordaniyadakı səfiri Eldar Səlimov və İordaniyanın ölkəmizdəki səfiri Sami Asem Ğoşeh müvafiq olaraq ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrinə, biznes və investisiya potensialına, birgə əməkdaşlıq imkanlarına dair fikir və təkliflərini bölüşüblər.
Tədbirdə Azərbaycanda biznesi dəstəkləyən qurumların – KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Qida və İçki İstehsalçıları Assosiasiyasının rəhbərləri və digər iş adamları biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri, Azərbaycanda biznes imkanları, iş adamlarının şəbəkələşməsi barədə təqdimatlarla çıxış ediblər.
İordaniyanın İnvestisiya Nazirliyi, Sosial İnvestisiyaların Müdafiəsi Fondu, İordaniyanın Azad İnkişaf Zonaları Qrupu tərəfindən bu ölkənin biznes imkanları, əməkdaşlıq üçün sektorlar, Azərbaycan sahibkarları ilə birgə layihələrin icrası barədə məlumat verilib.
Forum çərçivəsində KOBİA və İordaniya İş Adamları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton"dan daha bir beynəlxalq uğur - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 38 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
1 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
Kreml Putinlə Azərbaycan liderinin telefon danışığını vacib adlandırıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub: 10 İL - 299 şirkətin vasitəsilə dövlət vəsaitinin yeyintisi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar

"Prime Cotton"dan daha bir beynəlxalq uğur - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
