Ən çox təhsil krediti alanlar IV kurs tələbələridir

“Azərbaycan bölməsi üzrə təhsil alan 2638 təhsil tələbə krediti alıb”.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, rus bölməsi üzrə 136, ingilis bölməsi üzrə 125 tələbə təhsil tələbə krediti alıb.
O deyib ki, ən çox təhsil krediti alanlar IV kurs tələbələri olub:
“Bunlar 916 nəfərdir. Ən azı isə VI kurs tələbələridir ki, bunlar isə 8 nəfərdir” – o qeyd edib.
XXX
Ən çox təhsil krediti verilən universitet açıqlanıb
Ali Təhsil Müəssisələri üzrə ödənilmiş təhsil tələbə krediti məbləğləri üzrə göstəricilər açıqlanıb.
Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib ki, ən çox kredit 206500 manat olmaqla Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Universitetin 229 tələbəsi kredit alıb.
XXX
Eyni ailənin iki və daha çox üzvünə rəsmiləşmiş təhsil tələbə krediti ilə bağlı statistik göstəricilər açıqlanıb.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında açıqlayıb. O qeyd edib ki, 47 ailədən 94 tələbəyə sosial, 50 ailədən 101 tələbəyə isə standart təhsil tələbə krediti verilib.
O deyib ki, ümumilikdə 97 ailədən 195 tələbə kredit alıb. Eyni ailədən 3 tələbə olan ailə sayı 1, 2 tələbə olan ailə sayı isə 96-dır.
XXX
Təhsil tələbə kreditlərinin (TTK) iqtisadi zonalar üzrə statistik bölgüsü açıqlanıb.
Araz Paşayevin sözlərinə görə, TTK üzrə müraciətlərin bölgüsü aşağıdakı kimidir:
Bakı iqtisadi rayonu üzrə 663, Naxçıvan iqtisadi rayonu üzrə 89, Abşeron-Xızı iqtisadi rayonu - 131, Mil-Muğan iqtisadi rayonu üzrə 195, Lənkəran-Astara iqtisadi rayonu üzrə 362, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 206, Mərkəzi Aran iqtisadi rayonu üzrə 177, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 144, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 180, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 165, Qarabağ iqtisadi rayonu üzrə 231, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 36, Qazax-Tovuz iqtisadi rayonu üzrə 193, Şirvan-Salyan iqtisadi rayonu üzrə 127 müraciət olub.
O deyib ki, yekunlaşdırılmış müraciətlərin 2485-i bakalavriat, 363-ü isə magistatratura üzrə olub. Tam orta təhsil bazasından orta ixtisas təhsili üzrə 33, ümumi orta təhsil bazasından orta ixtisas təhsili üzrə 18 olub.
XXX
Payız semestri üzrə təhsil tələbə krediti almaq üçün 5678 nəfər müraciət edib.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müraciətlərin 3590-ı (63 faiz) yekunlaşdırılıb, 2088-i (37 faiz) isə yekunlaşdırılmayıb:
"Yekunlaşdırılmamış müraciətlər üzrə 2088 müraciətə sistem tərəfindən müraciət müddəti bitdiyi üçün imtina verilib. Belə ki, 1461 tələbə sistemə daxil olub, lakin heç bir əməliyyat aparmayıb. 627-si isə tələbə olmayan, kredit almayan və s. şəxs olub. 3590 yekunlaşdırılmış müraciət üzrə 1116 nəfər sosial, 1783 şəxs isə standart təhsil tələbə krediti alıb. 691 müraciətə isə imtina verilib" - o deyib.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
2 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
4 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
5 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
5 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
