Azərbaycanda yaz sərgi mövsümü öz işinə başlayır
May ayında Azərbaycanda yaz sərgi mövsümü öz işinə başlayır.
Sərgilərin təşkilatçısı olan Caspian Event Organisers şirkətinin yaydığı məlumatda bildirilir ki, builki yeniliklər ənənəvi Beynəlxalq “Kənd Təsərrüfatı” sərgisi çərçivəsində yeni Smart Agro istiqaməti, eləcə də sərgi portfoliosunda yeni ad – Bakı Enerji Həftəsi olacaq. Bütün tədbirlər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçiriləcək.
Mayın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” Caspian Agro və 27-ci Azərbaycan Beynəlxalq “Qida Sənayesi” InterFood Azerbaijan sərgiləri keçiriləcək.
Bu il sərgidə iştirakçılar arasında Azərbaycan, Gürcüstan, İsrail, İspaniya, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Türkiyə və Ukrayna şirkətləri var. Sərgidə yüksək rütbəli qonaqların da iştirakı gözlənilir. Yeni Smart Agro istiqaməti çərçivəsində: Ağıllı Kənd, Əşyaların İnterneti, Süni İntellekt, IT xidmətləri, Pilotsuz uçuş aparatları (Dronlar), eləcə də Robot kompleksləri kimi sektorları əhatə edəcək. Sərginin üç günü ərzində kənd təsərrüfatı sektorunda innovativ texnologiyalar fəal şəkildə müzakirə olunacaq. Eyni mövzu sərginin işgüzar proqramında da öz əksini tapacaq. Mayın 18-də Bakı Ekspo Mərkəzində “Smart Agro: “Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək.
Caspian Agro ilə paralel olaraq Azərbaycan, Hindistan, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə və Şri-Lanka şirkətlərinin iştirak edəcəyi 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgisi keçiriləcək. Sərgi çərçivəsində aşpazlar kuboku üzrə 2-ci Azərbaycan Aşpazlar çempionatı “Chefs cup” da keçiriləcək.
Sərgi mövsümü 1-3 iyun tarixlərində bir sıra sənaye tədbirləri - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas), 10-cu Yubiley Xəzər Beynəlxalq Enerji və Bərpa Olunan Enerji (Caspian Power) sərgilərini və Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumu özündə birləşdirən Bakı Enerji Həftəsi ilə davam edəcək. Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilir.
Ənənəvi “Caspian Oil & Gas” sərgisi yenidən enerji sənayesinin liderlərini bir araya gətirəcək. İştirakçıların siyahısında Azərbaycan, Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, İtaliya, Türkiyə, MDB ölkələrindən olan şirkətlər yer tutur. Sərginin ekspozisiyası bir neçə istiqamət üzrə açılacaq: neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, servis xidməti, kimya sənayesi.
Enerji və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə layihə və təkliflər Xəzər Beynəlxalq Enerji və Bərpa Olunan Enerji “Caspian Power” sərgisinin iştirakçıları tərəfindən təqdim olunacaq. Bu il sərgi 10 illik yubileyini qeyd edir. Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.
İyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək. Xəzər Neft və Qaz Konfransı bu illər ərzində enerji sektorunun əsas illik tədbiri, sənayenin əsas çağırışlarının müzakirə platforması statusunu qazanmışdır. Bu təyinatı davam etdirərək, konfrans estafeti öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən Bakı Enerji Forumuna verdi. Forumun gündəliyinə “Enerji keçid dövründə: dəyişən dünyada yeni imkanlar və problemlər”, “Rəhbər şəxslərin müzakirələri. Qlobal enerji perspektivləri”, “Xali̇s sıfıra aparan yol”, “Enerji̇ sektorunda az karbonlu gələcəyə keçi̇d üçün kadr potensi̇alı. HR komandaları ilə ADNSU-nin və BANM-nin rəhbərləri arasında diskussiya paneli” və s. kimi mövzular müzakirə olunacaq.
Sərgi mövsümü 1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgilərində başa çatır: 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (TransCaspian/Translogistica) və 10-cu Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai Nəqliyyat Sərgisi (Road & Traffic). Sərgilər dəmir yolu nəqliyyatı, dəniz sənayesi, aviasiya, kommersiya nəqliyyatı, eləcə də nəqliyyat və logistika xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər işçiləri və mütəxəssisləri ilə görüşmək üçün ideal imkan yaradacaq.
Beləliklə, sərgilər və forumlar həm biznes layihələrinin, həm də ümumilikdə sənaye sahələrinin müzakirəsinə və inkişafına maraq göstərən peşəkarların görüş yerinə çevriləcək. Tədbirlərdə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizəyə xüsusi diqqət yetiriləcək. Tədbirin təşkilatçıları Iteca Caspian, Caspian Event Organisers, eləcə də onların beynəlxalq tərəfdaşları ICA Eurasia və CEM FZ MMC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
9 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
9 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























