Azərbaycanın energetika naziri və Almaniya enerji şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib
“Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniya enerji şirkətlərinin iştirakı ilə “Azərbaycan – neft, qaz və onların hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Almaniyanın Külək Enerjisi Assosiasiyası, Enerji Agentliyi-DENA, Şərqi Biznes Assosiasiyası və Sənayelər Federasiyasının təmsilçilərinin qatıldığı dəyirmi masada energetika naziri Pərviz Şahbazov çıxış edib.
Almaniyanın Cənubi Qafqazda mühüm ticarət tərəfdaşı olan Azərbaycanla ticarət dövriyyəsinin ötən il 57% artığını vurğulayan nazir iki ölkə arasındakı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün perspektivlərdən bəhs edib. Bildirilib ki, uzunillik münaqişəyə son qoyulması bölgəyə investisiyaların axını üçün əsas zəruri şərtlərdən olan təhlükəsizliyi tam təmin edib. Xüsusilə, həm azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, həm də ümumən ölkə ərazisində bərpa olunan enerji mənbələrindən geniş istifadə ölkə üçün milli prioritetlərdən biri kimi müəyyənləşib. Bütün bunlar, həmçinin “yaşıl enerji” ilə bağlı Azərbaycanın potensial və məqsədləri ilə Almaniya şirkətlərinin zəngin təcrübə, eləcə də mümkün investisiya imkanlarının vəhdəti enerji əməkdaşlığında yeni səhifə aça bilər.
Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan böyük neft-qaz resurslarına malik və onları ixrac edən ölkə olsa da, əsas məqsədlərdən biri bərpa olunan enerji sahəsinin inkişafı və “yaşıl enerji”nin ixracatçısına çevrilməkdir: “Hazırda həyata keçirilən iri həcmli günəş, külək enerji layihələrini, bərpa olunan enerjinin quruda 27 min meqavata yaxın, dənizdə isə 157 min meqavatlıq zəngin potensialını, həmçinin Avropaya elektrik enerjinin ixracının artırılmasını təmin edəcək iki yeni xəttin çəkilməsi ilə bağlı planları nəzərə aldıqda deyə bilərik ki, Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmaq perspektivi böyükdür. Bu, həm də Avropanın enerji təminatının “yaşıl enerji” vasitəsilə şaxələndirilməsinə Azərbaycanın növbəti töhfəsini təqdim edir. Bu istiqamətdə uzunmüddətli enerji əməkdaşlığımızda Almaniyadan olan şirkətlər mühüm tərəfdaşlarımız ola bilərlər.”
Tədbirdə enerji sahəsində VPC, “Siemens, “Berlin Wind” və digər alman şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələrindən bəhs olunub. Həmçinin Almaniya Enerji Agentliyi-DENA ilə Azərbaycanda mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək çərçivəsində 4 pilot layihə təklifinin hazırlanması üzrə məhsuldar əməkdaşlıq edildiyi qeyd edilib. Əməkdaşlığın genişləndirilməsi üçün Almaniya şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib.
Dəyirmi masada şirkətləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, perspektiv layihələr barədə məlumatlar verilib və əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















