Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ərdoğanla Putin arasında telefon danışığı olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğanla Putin arasında telefon danışığı olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan bazar günü telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun İstanbulda keçirilməsi barədə razılığa gəliblər.

"Danışıqlar zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə olunub. Prezident Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukraynanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər", - Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.

Ərdoğan bazar günü Rusiya lideri ilə telefon danışığı zamanı da bildirib ki, Ankara Rusiya və Ukrayna arasında sülhü təşviq etməyə davam edəcək.

"Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, eləcə də regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, əlavə edib ki, Türkiyə bu prosesə öz töhfəsini verməyə davam edəcək",- məlumatda qeyd edilib.

XXX

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin telefonla danışıb.

Marja xəbər verir ki, Ərdoğan və Putin Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər.

Ərdoğan Putinə telefon danışığı zamanı bildirib ki, Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında atəşkəs və sülhün bərqərar olmasına kömək etməyə davam edəcək.

Xəbər verdiyimiz kimi, Rusiya nümayəndə heyətinin rəhbəri Medinski bildirib ki, Rusiya-Ukrayna danışıqlarının növbəti üzbəüz raundu martın 29-30-da baş tutacaq.

27.03.2022 21:53
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18