"Ukraynadakı hadisələrin qlobal və ABŞ iqtisadiyyatı üçün nəticələrini proqnozlaşdırmaq hazırda çox çətindir"
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS və ya Fed) 2018-ci ildən bəri ilk dəfə olaraq baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,50%-ə çatdırıb.
Marja xəbər verir ki, Fed-in əvvəlki faiz artırması 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.
Fed 2023-cü il üçün proqnozu 2,2% səviyyəsində saxlamaqla 2022-ci ildə ABŞ ÜDM-inin artımı proqnozunu 4%-dən 2,8%-ə qədər pisləşdirib. ABŞ-ın 2024-cü il üçün ÜDM artımı proqnozu 2% səviyyəsində saxlanılır.
Eyni zamanda, FED də ABŞ-da inflyasiya proqnozunu 2022-ci ildə 2,6%-dən 4,3%-ə, 2023-cü ildə 2,3%-dən 2,7%-ə, 2024-cü ildə 2,1%-dən 2,3%-ə yüksəldib. ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnoz 2022-2023-cü illərdə 3,5% səviyyəsində saxlanılıb, 2024-cü ildə 3,5%-dən 3,6%-ə qaldırılıb.
Fed-in uçot dərəcəsini artıracağını gözləyir
Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3,5-3,75%-ə qədər artıracağını gözləyirlər, - Amerika tənzimləyicisinin materiallarından belə çıxır.
Komitə üzvlərinin gözləntilərinə görə, 2022-ci ildə federal fondların dərəcəsi 3,0-3,25%-ə qədər artırıla bilər. Eyni zamanda, FOMC üzvlərinin əksəriyyəti FED-in 2022-ci ildə uçot dərəcəsini 1,75-2% səviyyəsində gözləyir.
Ukraynada baş verən hadisələrin iqtisadiyyat üçün nəticələri
"Ukraynada baş verən hadisələrin qlobal iqtisadiyyat və ABŞ iqtisadiyyatı üçün nəticələrini proqnozlaşdırmaq hazırda çox çətindir", -Fed sədri Cerom Pauel çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
“Qlobal iqtisadiyyat və ABŞ iqtisadiyyatı üçün maliyyə və iqtisadi nəticələr olduqca qeyri-müəyyəndir”, o, Ukraynadakı hadisələrə toxunaraq deyib.
ABŞ-da artan inflyasiya haqqında
Pauell bildirib ki, Ukraynada baş verən hadisələrlə əlaqədar neft və xammal qiymətlərinin artması qısa müddətdə ABŞ-da inflyasiyanın yüksəlməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda "neft və digər əmtəələrin qiymətinin artması" ABŞ-da "qısa müddətdə inflyasiyanın artması üçün əlavə amilə çevriləcək".
Fed-in faiz qərarından sonra Dollar mühüm valyutalar qarşısında ucuzlaşıb. Bakı vaxtı ilə saat 23:26-da Avro/Dollar məzənnəsi 0,6% artımla 1.1025 səviyyəsini keçib. Qızıl bahalaşıb, neft isə ucuzlaşıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
-
- 32 d. əvvəl
- 38 d. əvvəl
- 47 d. əvvəl
-
58 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)




.jpg)


.jpg)








