FED 3 ildən sonra faiz artırdı
ABŞ Federal Ehtiyat Sistemi (FED) 2018-ci ilin noyabrından bəri ilk dəfə olaraq faiz dərəcələrini artırmağa qərar verib. Marja xəbər verir ki, FED siyasət faizini 0,25 bənd artırıb.ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) Federal Açıq Bazar Komitəsi (FOMC) siyasət faizini 0 - 0,25 faiz aralığından 0,25-0,50 faiz aralığına qaldırıb. Beləliklə, FED 2018-ci ilin noyabrından bəri ilk dəfə olaraq faiz dərəcələrini artırıb. FED siyasət faizini 0,25 bənd artırıb.
Faiz artırmağa qərar verən FED, ilin qalan dövründə 6 dəfə faiz artırmağı nəzərdə tutur.
Bir sıra analitiklər Fed-in 0,25 bənd, bir çoxları isə 0,50 bənd faiz artıracağını gözləyirdilər.
Nöqtəli qrafikə görə, 2022-ci ilin sonuna faiz dərəcəsi proqnozu 1,9% ikən, 2023-cü ilin sonu üçün 2,8 faizdir.
Qərar 1 əleyhinə 8 lehinə səslə qəbul edilib.
Qərardan sonra Dollar mühüm valyutalar qarşısında ucuzlaşıb. Bakı vaxtı ilə saat 23:00-da Avro/Dollar məzənnəsi 0,4% artımla 1.10 səviyyəsini keçib. Qızıl bahalaşıb, neft isə ucuzlaşıb.
Fed-in açıqlamasında Rusiya-Ukrayna müharibəsinin təsirləri də vurğulanıb. Mətndə sözügedən vəziyyətin ABŞ iqtisadiyyatına təsirlərinin qeyri-müəyyən olduğu, lakin işğalın və bununla bağlı baş verənlərin qısa müddətdə inflyasiya üzərində əlavə yüksəliş təzyiqi yarada biləcəyi qeyd edilib.
Məşğulluq bazarı ilə bağlı, “İqtisadi aktivlikdə və məşğulluq göstəricilərində canlanma davam edib, işsizlik nisbəti son aylarda əhəmiyyətli dərəcədə azalıb” deyilir.
Fed qarşıdan gələn iclasların birində FOMC-nin balansdakı aktivlərin azaldılması prosesinə başlayacağını bildirib.
İqtisadi proqnozlar da açıqlanıb
FED iqtisadi inkişafla bağlı proqnozlarını da açıqlayıb.
Dekabr ayında 4% olaraq açıqlanan 2022-ci il üçün artım gözləntiləri 2,8%-ə endirilib. 2023-cü il üçün artım gözləntiləri 2,2%-də, 2024-cü il üçün isə 2% olaraq saxlanılıb.
2022 və 2023-cü il işsizlik gözləntiləri 3,5% səviyyəsində qalarkən, 2024-cü il işsizlik gözləntilərində cüzi korreksiya edilib.
Fed tərəfindən nəzərə alınan inflyasiya göstəricisi olan PCE inflyasiyası əhəmiyyətli dərəcədə yuxarıya doğru revizə edilib. Dekabrda 2,6 faiz olan proqnoz 4,3 faizə yüksəlib. 2023-cü il üçün inflyasiya proqnozu 2,3%-dən 2,7%-ə, 2024-cü il üçün proqnoz 2,1 faizdən 2,3 faizə yüksəldilib.
Ölkədə inflyasiya son 40 ildə ən yüksək həddə çatıb
FED-in iclasından əvvəl açıqlanan məlumatlar ölkədə inflyasiyanın son 40 ilin ən yüksək səviyyəsində olduğunu göstərib.
ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) fevral ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıb. Yanvarda illik inflyasiya 7,5 faiz olub.
Məlumatlar ABŞ-da yanacaq qiymətlərində rekord səviyyələrdən əvvəl açıqlanan son inflyasiya məlumatları olaraq qeydə alınıb. Əvvəllər inflyasiyanın fevral ayında pik həddə çatacağı proqnozlaşdırılsa da, Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi ilə qiymətlərin yüksələcəyi gözləntiləri inflyasiyanın qarşıdakı dövrdə də artmağa davam edəcəyi ilə bağlı proqnozları dəstəkləyir.
"Bloomberg"in sorğusuna qatılan iqtisadçıların gözləntisi FED-in siyasət faizini 0,25-0,50 faiz aralığına qaldıracağı istiqamətində idi.
Bu il inflyasiyanın son 40 ilin pik həddinə çatmasından sonra FED-in tez bir zamanda sürətli faiz artırmağa başlaya biləcəyi proqnozlaşdırılsa da, müharibədən sonra FED-in sərtləşdirmə yolunda daha diqqətli gedəcəyi fikri ön plana çıxdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
4 d. əvvəl
Həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat veriləcək
-
-
12 d. əvvəl
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
- 19 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu həftə Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq
-
1 saat əvvəl
ABŞ İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir, buna imkan verməyəcək
-
1 saat əvvəl
Zelenski: Tramp Putini dayandırmağın yeganə yolu kimi Donbasın verilməsini görür
- 1 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
Alıcı taplmayan "İstikbal Mobilya" yenidən satışa çıxarıldı
ABŞ İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir, buna imkan verməyəcək
Azərbaycanda 3 lizinq şirkəti ləğv edilir
Ən çox oxunanlar
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
Rəsmi məzənnələr açıqlandı
İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!




















