“Nar" 15 illik yubileyini abunəçiləri ilə birgə qeyd edir!
(®) Artıq 15 ildir ki, Azərbaycanın ən gənc mobil operatoru “Nar” abunəçilərinə üstün xidmətlər təqdim edir.
Bu illər ərzində “Nar” müştəri yönümlü siyasət yürüdərək abunəçilərin istək və tələblərinə uyğun bir çox unikal məhsul hazırlamış, ölkə boyunca yüksəkkeyfiyyətli 4G şəbəkəsini istifadəyə vermiş, üstün müştəri xidmətləri təqdim etmiş, eləcə də mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirlməsində fəal iştirak etmişdir.
Müştəri Loyallığına görə rabitə bazarının lideri olan mobil operator, yubiley mesajının mərkəzində də məhz “Nar” abunəçisinə yer verib. 15 illiyi münasibətilə “Nar” “Hekayəmizin qəhrəmanı sənsən” devizi ilə TV kanallarda təbrik videoçarxı yayımlayır və eləcə də “Nar”ı seçən abunəçiləri üçün dəyərli hədiyyələrlə dolu yarışlara start verir.
Mobil operator daha rahat ünsiyyət üçün “Nar”ı seçən bütün abunəçilərinə təşəkkür edir və bayram hədiyyələrini qazanmaq üçün “Nar”ın rəsmi sosial media səhifələrini (Facebook», «İnstagram» və «Twitter») izləyərək yarışlarda fəal iştirak etməyə çağırır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




