Bu gün Fed faiz qərarını açıqlayacaq - DOLLAR BAHALAŞACAQ YOXSA UCUZLAŞACAQ
ABŞ Federal Ehtiyat Sisteminin bu axşam keçiriləcək iclasında 2018-ci ildən bəri ilk dəfə faiz artıracağı gözlənilir. İnvestorlar Fed rəsmilərinin son 40 ilin ən yüksək səviyyəsində olan inflyasiya ilə mübarizədə nə qədər aqressiv olacağına dair siqnallar axtaracaqlar.Qlobal bazarlar ABŞ Mərkəzi Bankının (Fed) faiz qərarına fokuslanıb.
Marja xəbər verir ki, Fed faiz qərarını bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Fed-in faizini 0,25 bənd artıraraq 0 - 0,25% aralığından 0,25% - 0,50% aralığına qaldıracağı nəzərdə tutulur.
Bloomberg-in sorğusuna qatılan 88 iqtisadçının hamısı Fed-in 2 günlük iclasından sonra bugün faiz dərəcələrini artıracağını gözləyir. 2022 və 2023-cü illər ərzində faizin cəmi 7 dəfə artırılacağı nəzərdə tutulur.
Bakı vaxtı ilə saat 22:30-da Fed sədri Cerom Pauel mətbuat konfransı başlayacaq.
Analitiklər bildirirlər ki, FED-in daha "şahin" tonlu ritorikası dollara müsbət təsir göstərə bilər.
Bloomberg Dollar İndeksi son 9 ayda 7 faizdən çox artıb. Bu dövrdə Dollar 31 valyutanın 29-u qarşısında bahalaşıb.
Dolların bahalaşmasına ABŞ-da iqtisadi artımın yaxşılaşması və inflyasiyanın yüksəlməsi, eləcə də faiz gözləntilərinin artması səbəb olub.
Tarix göstərir ki, ABŞ dolları FED-in uçot dərəcəsini artırmasından əvvəlki doqquz aylıq dövrdə bahalaşıb, faizin artırılmasından sonra isə ucuzlaşıb. ABŞ Federal Ehtiyat Sistemi və Beynəlxalq Hesablaşmalar Bankına əsaslanan məlumatlar göstərir ki, dollar Fed-in əvvəlki 4 sərtləşdirmə dövrü ərzində orta hesabla 4,1 faiz dəyər itirib.
Bir sıra strateqlər də faizin artırılmasından sonra Doların düşəcəyini gözləyirlər.
Strateqlər, "Tarix göstərir ki, dollar, xüsusən də Fed-in pul siyasətini sərtləşdirdiyi dövrlərin birinci mərhələsində yüksəlməkdən daha çox düşür". Strateqlər investorların faiz artımını qlobal inkişafın yaxşılaşmasının göstəricisi kimi qiymətləndirdiklərini və bu dövrdə əmtəələrin və Asiya valyutalarının ümumilikdə dollar qarşısında bahalaşdığını bildiriblər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)





.jpg)






