Azərbaycanda iki ayda 1248 ailə dağılıb
Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 4282 nəfər və ya 0,04 faiz artaraq 2022-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 160 min 648 nəfərə çatmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 50,0 faizini kişilər, 50,0 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər olmuşdur.
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10 min 197 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,0 təşkil etmişdir. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 290-ı əkiz, 9-u isə üçəm doğulanlardır.
2022-ci ilin yanvar ayı ərzində ölkədə 6009 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,0 təşkil etmişdir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 5475 nikah və 1248 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)







.jpg)







