Avropa Mərkəzi Bankı faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb
Avropa Mərkəzi Bankı (ECB, AMB) Rusiya-Ukrayna müharibəsinin onsuz da artan qiymətləri daha da artırdığı bir şəraitdə faiz dərəcələrini sabit saxlamaq qərarına gəlib.
Marja xəbər verir ki, AMB əsas yenidən maliyyələşdirmə faizini 0%, marjinal maliyyələşdirmə imkanını 0,25% və depozit faizini mənfi 0,50% səviyyəsində saxlayıb.
İqtisadçılar faiz dərəcələrinin sabit qalacağını gözləyirdilər.
Rusiyanın Ukraynaya hücumundan sonra AMB daha əvvəl elan etdiyindən daha erkən təşviqləri dayandırmaq qərarına gəlib.
AMB Aktivlərin Alınması Proqramının (APP) həcmini apreldə 40 milyard avroya, mayda 30 milyard avroya və iyunda 20 milyard avroya endirmək qərarına gəlib. Bank, səlahiyyətlilərin üçüncü rübdə proqramı tamamilə dayandırmaq barədə qərar verə biləcəyini qeyd edib.
Aktiv (qiymətli kağız) alış proqramının tamamlanmasından sonra faizin artırılmasına başlanacağı gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















