Böyük Britaniya 7 rusiyalı iş adamını "qara siyahı"ya saldı
Böyük Britaniya Abramoviç, Seçin, Miller, Kostin və Deripaskaya qarşı sanksiyalar tətbiq edib. Həmçinin “Qara siyahı”ya “Rossiya Bank”ın direktorlar şurasının sədri Dmitri Lebedev və “Transneft”in rəhbəri Nikolay Tokarev də daxil edilib.Böyük Britaniya cümə axşamı Rusiyaya qarşı sanksiyalarını genişləndirərək daha 7 rusiyalını "qara siyahı"ya salıb.
Marja xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyinin dərc etdiyi sənədə görə, “Rosneft” şirkətinin rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, "VTB Bank"ın rəhbəri Andrey Kostin, Londonun “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç, iş adamı Oleq Deripaska (EN+ Group), "Bank Rossiya"nın Direktorlar Şurasının sədri Dmitri Lebedev və "Transneft"in rəhbəri Nikolay Tokarev məhdudiyyətlərə məruz qalıblar.
Bu şəxslərin hamısının Böyük Britaniya ərazisinə girişi qadağandır, onların ölkədəki aktivləri dondurulur. Onlara həmçinin Britaniyanın fiziki və hüquqi şəxsləri ilə işləmək qadağandır. Bu da Abramoviçin "Chelsea F.C."ni satmasını xeyli çətinləşdirə bilər.
"Böyük Britaniya hökumətinin Putin və onun ətrafını təcrid etmək səylərinin bir hissəsi olaraq, bu oliqarxların Böyük Britaniyadakı ümumi dəyəri təxminən 15 milyard funt-sterlinq olan aktivləri dondurulacaq. Onların bura səyahətləri qadağandır, Britaniya vətəndaşları və ya şirkətlər onlarla iş görə bilməzlər”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)





