Bank lobbisi nağdsız hesablaşmaların yaratdığı çətinliklərə görə hərəkətə keçdi
Azərbaycan Banklar Assosiasiyası (ABA) banklara növbəti məktubunu göndərib.
“Marja”nın əldə etdiyi məlumata görə, məktubda “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsinə dəyişikliklər edilməsi məqsədilə banklardan təkliflərin göndərilməsi istənilir.
Digər bir məlumata görə, Qanuna dair təkliflər 12 iyunda Milli Məclisdə müzakirə olunacaq.
Məktubda deyilir:
Məlumat üçün nəzərinizə çatdırırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun (Qanun) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) aidiyyəti tələblərinin icrasıyla bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu”nun nümayəndələrindən, Palata və Maliyyə Monitorinq Xidmətinin (MMX) əməkdaşlarından ibarət müvəqqəti İşçi Qrup yaradılmışdır.
Həyata keçirilmiş intensiv fəaliyyət nəticəsində, İşçi Qrup tərəfindən vergi ödəyicilərinin hesablarından fiziki şəxslərə köçürmələr, dövlət şirkətlərindən və dövlət müəssisələrindən vergi ödəyicilərinin hesablarına daxilolmaların istifadəsi, habelə Qanunun 3.5-ci maddəsinin tətbiqi üçün nəzarət prosesi üzrə tövsiyyələr hazırlanmışdır. Sözügedən sənədin hazırlanmasında ABA üzvü olan banklar, Palatanın və MMX-nın nümayəndələri yaxından iştirak etmişdir və sənəddə Qanunun ümumi mahiyyəti, bank praktikasından yaranan məqamlar, habelə vergi ödəyicilərinin mövqeləri nəzərə alınmışdır. ABA-nın məqsədi, sənəddə qeyd edilən nəzarət prosesinin tətbiqi nəticəsində Qanunun icrasıyla bağlı meydana çıxan məsələlərin aydınlaşdırılmasına şəraitin yaradılması və bunun vergi ödəyicilərinin mövzu üzrə şikayətlərinin azalması ilə nəticələnməsidir.
Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi ilə bağlı banklardan daxil olan suallar Palataya ünvanlanmış, məsələ ilə əlaqədar Palata və MMX-nın nümayəndələri ilə bir neçə görüş keçirilmişdir.
Hazırda “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu” na əlavə və dəyişikliklər layihəsinin müvafiq orqanlarda müzakirəsi aparılır. Bunu nəzərə alaraq, Qanuna təklif etdiyiniz əlavə və dəyişiklikləri qoşmadakı cədvələ uyğun formada 09 iyun 2017-ci il, saat 16:00-a qədər ABA-ya e-poçt vasitəsilə ünvanlamanız xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
11 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















