ABB Nazirlik ilə yeni layihəyə start verir
Layihə çərçivəsində əmək bazarı üçün peşəkar İKT mütəxəssisləri hazırlanacaq.(®) ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə yeni layihəyə start verir.
Məqsəd ölkəmizdə insan kapitalının inkişafına dəstəkdir. Layihə çərçivəsində əmək bazarı üçün peşəkar İKT mütəxəssisləri hazırlanacaq.
Ali təhsil müəssisələrinin tələbə və məzunlarına proqramlaşdırma, proqram təminatı, dizayn və s. sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Sırf bu əməkdaşlıq çərçivəsində 2022-ci ildə müvafiq istiqamətlər üzrə 200 məzunun hazırlanması nəzərdə tutulur. Bundan başqa, ABB və nazirliyin birgə təşkilatçılığı əsasında ideya marafonu, inkubasiya və akselerasiya proqramları həyata keçiriləcək. Birgə tədbirlərin reallaşdırılmasında Bankın ABB Tech Akademiyasının və ABB İnnovasiya Mərkəzinin imkanlarından geniş istifadə ediləcək. Belə ki, ABB Tech Akademiyasının yaxın günlərdə elan edəcəyi növbəti proqramlarda təqaüdlü təhsil imkanı yaradılacaq.
Sözügedən layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2021-ci ildə təqdim etdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində yerinə yetirilir. Bu proqramın əsas məqsədi İKT sahəsində əmək bazarının tələblərinə uyğun yetkin, yenilikçi və sahibkar təfəkkürünə malik insanların sosial icmasını formalaşdırmaqdır. Proqram çərçivəsində hazırda 500-dək gənc və yeniyetmə təqaüd əsasında təhsil alır. Onlardan 120 nəfəri məktəblidir.
ABB də ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərin hazırlanmasına, startap ekosisteminin inkişafına fəal dəstək verir. Bankın ABB Tech Akademiyası, ABB İnnovasiya Mərkəzi bir neçə ildir ki fəaliyyətdədir. ABB və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təhsil sahəsindəki əməkdaşlığı ölkədə innovasiya ekosisteminin inkişafına, innovativ məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfələr verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 36 d. əvvəl
-
1 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
- 3 saat əvvəl
-
4 saat əvvəl
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb



















