“CityNet" yeni tarifini təqdim edir
Artıq İnternet, TV və İP telefoniya xətti xidmətlərini vahid paket şəklində əldə etmək mümkün oldu!(®) Abunəçilərə təqdim etdiyi yüksək sürətli internet və keyfiyyətli IPTV xidməti ilə daima fərqlənən “CityNet” internet provayderi bu dəfə də yeni və daha sərfəli tariflə müştərilərini sevindirir. Yeni tarifə əsasən, “CityNet”in müştəriləri artıq İnternet, TV və İP telefoniya xətti xidmətlərini vahid paketdə əlverişli şərtlərlə əldə edə biləcəklər.
Artıq 30 mbit/s internet, 200 TV kanal və İP telefoniya xətti xidməti sadəcə 25 AZN-dən başlayan qiymətlə təqdim olunur. Bununla da abunəçilərin daima rahatlığını düşünən “CityNet” İnternet+TV+İP telefoniya xətti xidmətini vahid paketdə təqdim edərək özəl sektorda daha bir yeniliyə imza atır.
Abunəçilər bu üç xidməti daha sərfəli qiymətə əldə etməklə birlikdə, bu xidmətlərə görə aylıq abunə haqqını bir hesabdan daha rahat idarə etmək üstünlüyünü də əldə edirlər. Qeyd edək ki, İnternet+TV+İP telefoniya xətti xidmətinə qoşulan abunəçilərə İnternet ruter və TV Box abunəlik dövrü ərzində istifadəyə pulsuz verilir və bu kampaniya məhdud müddətdə davam edəcəkdir.
“CityNet” Bakı, Sumqayıt və Xırdalan şəhərlərində FTTB (Fiber to the Building – Binaya qədər fiber-optik) texnologiyası əsasında yüksək sürətli sabit internet və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidməti göstərir.
Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir. Xidmətin hər hansı ünvanda mövcudluğunu şirkətin veb saytından da yoxlamaq mümkündür. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, həmçinin texniki dəstək üçün *1177 və (012) 5377777 nömrələri ilə əlaqə saxlamaq kifayət edir. “CityNet” xidmətlərinə qoşulmaq üçün sadəcə zəng mərkəzinə zəng edib sifariş vermək kifayətdir. Şirkət haqqında daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytından əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























