Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsinə başlanılıb
Ukraynaın Odessa şəhərində cəmləşən 6 yük nəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib.
Bu barədə "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın aidiyyatı qurumlarla apardığı danışıqların nəticəsi olaraq, bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir.
Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərim təxliyəsi istiqamətində də işlər görülür. Həmin sürücülərlə mütəmadi olaraq əlaqə saxlanılır. Onların qayğıları ilə maraqlanılır. ABADA rəhbərliyinin tapşırığı ilə yanacaq problemi yaşayan bəzi sürücülərin bu problemi də həll edilib.
Ötən gün Xarkov şəhərinin atəşə tutulması nəticəsində 3 azərbaycanlı sürücü xəsarət alıb. Xoşbəxtlikdən onların həyatı üçün təhlükə yoxdur. Bir sürücü ambulator müayinə edilib. İki sürücü isə hazırda Xarkov şəhər mərkəzi xəstəxanasında müalicə alır. Rəsmi orqanlar, səfirlik tərəfindən həmin şəxslər diqqətdə saxlanılır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





