Maliyyə naziri "AccessBank"ın əsas səhmdarı ilə müzakirələr aparıb
Fevralın 23-də maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycan üzrə İcraçı direktor Antoni Makdonald ilə video-konfrans formatında görüş keçirib.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb, əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan sonra azad edilmiş ərazilərin bərpa və yenidənqurulması, “COVİD-19” pandemiyası ilə mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, mənfi proqnozlara baxmayaraq həyata keçirilmiş məqsədyönlü və çevik siyasət sayəsində 2021-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətli bərpaya nail olunub, nəticədə 2021-ci ildə ÜDM-in artım tempi 5.6%, qeyri-neft ÜDM-nin artım tempi isə 7.2% təşkil edib, ölkənin dövlət borcu azalıb, valyuta ehtiyyatları isə artıb.
Öz növbəsində Antoni Makdonald hökumətin pandemiya dövründə riskləri düzgün təhlil edərək həyata keçirdiyi qabaqlayıcı tədbirləri və bu günədək “COVID-19”la mübarizə sahəsində görülən işləri, habelə 2021-ci ildə əldə olunan iqtisadi artımı qeyd edərək, Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyini, əldə olunan nailiyyətləri müsbət qiymətləndirib.
Tərəflər pandemiya ilə mübarizənin növbəti mərhələsində əsas prioritetlər, bankın iqlim dəyişmələrinə qarşı mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsi təşəbbüsləri, yenidən işlənmiş enerji siyasətinin icrası və bir sıra təşkilati təşəbbüslər barədə də fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Asiya İnkişaf Bankı 19.90% pay ilə "AccessBank" QSC-nin əsas səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 20 d. əvvəl
-
54 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
























