Meyvə-tərəvəz istehsalçılarımız Belarusun aparıcı pərakəndə şirkətlərilə razılaşdı
Prezidentlərin məhsuldar görüşlərin real nəticələri
Azərbaycan və Belarus ölkələri arasında ikitərəfli siyasi, iqtisadi və sosial sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi və bu münasibətlərin qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykəndiyi fikirləri hər iki prezidentin görüşləri zamanı sıxca qeyd olunmaqda və iki ölkə arasında çox şahəli əməkdaşlıqlar üçün zəmin yaratmaqdadır.
Ölkə başçılarının son görüşləri zamanı tərəflər həm də bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsini, Belarus ilə Azərbaycan arasında sosial-iqtisadi əməkdaşlıq haqqında müqaviləni, 2025-ci ilə qədər olan dövr üçün sosial-iqtisadi əməkdaşlıq proqramını imzalayıblar.
Sözü edilən proqramın ilkin mərhələsində dövlət başçıların təşəbbüsləri ilə ölkələrimiz arasında ticarət dövriyyəsinin 700 milyon USD olaraq hədəflənir. Bu məqsədlə 15-17 Dekabr 2016 tarixində İqtisadiyyat naziri cənab Şahin Mustafayevin rəhbərliyi ilə geniş tərkibli nümayyəndə heyətinin Beralusun paytaxtı MinskMustafayev şəhərində baş tutan işgüzar səfəri çox uğurla baş tutub.
Uğurlu işgüzar səfər
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasından (AMTA) 15-17 Dekabr 2016 tarixlərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, İqtisadiyyat naziri cənab Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdə olub. Səfərin məqsədi ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının, Azərbaycan sahibkarlarının Belarusun biznes dairələri ilə əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirə edilməsi olub.
Belarusun ən iri qida sənayesi üzrə konsernində görüşlər
Səfərin ilk günü nümayyəndə heyətimiz Belarus Respublikasının ən iri Qida sənayesi üzrə Dövlət Konserndə (Belgospisheprom) təşkil olunan görüşlərdə Belarus işgüzar dairələrin iştirakı ilə hər iki dövlət rəsmilərin çıxışları və təqdimatları olub. Cənab nazir Şahin Mustafayev çıxışlarında əsasən Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf edildiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolu diqqətə çatdırılıb. İkinci maraqlı görüş Belarus Ticarət Nazirliyində də çox uğurla keçirilmişdir.
Belarus rəsmi və işgüzar dairələrlə görüşlər zamanı cənab nazir sözü, ölkəmizin kənd təsərrüfatı sektoru ilə bağlı son vəziyyətin təqdimatını emtək üçün Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA)-nın sədri və Buta Group-un rəhbəri Bəşir Quliyevə vermişdir. Cənab Quliyev öz çıxışı zamanı bu sahədə fəaliyyət göstərən istehsalçıların potensialı və Belarus bazarında rəqabətyönümlü aqrar məhsullarımızla perspektivli əməkdaşlıq imkanları haqqında geniş məlumat vermişdir.
Səfərin ikinci günü Belarus Sənaye Ticarət Palatasında rəsmi görüşlərlər və Belarus və Azərbaycan şirkətlərin iştirakı ilə Biznes Forum təşkil olunmuşdur.
Forum çərçivəsində Assosiasiyanın sədri sədri cənab və Buta Group-un rəhbəri Bəşir Quliyev, Assosiasiya üzvlərindən Grow Group MMC-nin rəhbəri İsgəndər Qurbanov, AqroNorm MMC-nin rəhbəri İlyas Əhmədov, Binə Aqro MMC-nin direktoru Pərviz Abbasquliyev, Amoris MMC-nin rəhbərləri Bəxtiyar Babayev və Rövşən İsmixanlı, icraçı direktoru Mehman Quliyev, Mars FK MMC-nin ixrac üzrə meneceri Aleksandr Tretyakov, Sıracoğlu FT-nın rəhbəri Qədir Yusifov, Belarus BelBakaleya MMC (БелБакалея ООО), sahib olduğu ən çox mağaza şəbəkəsinə görə Belarusun 2-ci böyük pərakəndə “Korona” şirkətinin təsisçisi Tabak İnvest MMC (Табак Инвест ООО) və həcmə görə ən iri 3-cü pərakəndə şirkəti Almi ilə 2017-ci il üçün məhsul satışları ilə bağlı əməkdaşlıq memorandumları imzalayıblar.
Həmçinin Assosiasiya üzvlərinin, ölkənin ümumi sahəsi 263 210 m2 olan 452 mağaza şəbəkələri sahib ən iri pərakəndə sektor şirkəti “EvroTorq” / EvroOpt” şirkətinin baş direktoru baş direktoru Filipp Artemenko ilə də görüşü baş tutub. Hər iki tərəf üçün maraqlı keçən görüşdə AzPromonun prezidenti cənab Rüfət Məmmədov və Azərbaycanın Belarusdakı səfirliyin nümayyəndələri də iştirak edirdilər.
Belarusa ixrac etmək istəyən yerli istehsalçılarımıza dəstək
“3 günlük işgüzar səfər zamanı Assosiasiya olaraq keçirilən görüşlər və imzalanan sənədlər bizə əsas verir ki, bu ölkə ilə işgüzar münasibətlərin inkişaf etdirilməsi və xüsusən rəqabətədavamlı meyvə-tərəvəz məhsullarımızla əməkdaşlıqların qurulması mümkündür və hər iki ölkənin birbaşa maraqlarındadır.
Yerli meyvə-tərəvəz istehsalçılarımız arasında Belarus Respublikasına məhsullarını ixrac etmək istəyən hər kəsə Assosiasiya olaraq dəstək olmağa hazırıq. Əlaqə məlumatlarımız 012 499 85 45, 050 253 78 01, [email protected]”,- Assosiasiyadan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















