Pivə şirkəti 39 milyon manata yaxın vergi ödəyib
Pivə istehsalçısı "Carlsberg Azerbaijan" şirkəti 2021-ci il üzrə nəticələrini açıqlayıb.
Marja Şirkətin yaydığı məlumata itinadən xəbər verir ki, COVID-19 pandemiyası dövründə bazar dəyişkənliyi səbəbindən satış həcminin 2021-ci ildə 2.7% azalmasına baxmayaraq, "Carlsberg Azerbaijan" şirkətinin vergi ödənişləri 9% artaraq 38.8 milyon manat təşkil edib.
Satış həcminin artımı müasir satış kanalı (mağaza şəbəkələri) üzrə 6.7%, “on-trade” (kafe və restoranlar) və DIOT (mağazalarda çəllək pivəsi) üzrə isə 20.5% təşkil edib. Sözügedən artım pandemiya şəraitində tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasından sonra çəllək pivəsinin satışının bərpası ilə bağlıdır. Digər tərəfdən, istehlakçıların kafe və restoranlara qayıdışı ənənəvi (kiçik mağazalar) ticarət kanalı üzrə satış həcminin 9.8% azalmasına gətirib çıxarıb.
Şirkət brendləri
Məlumatda qeyd edilib ki, Şirkətin əsas brendləri 2021-ci ildə satış həcmində artım nümayiş etdirib. Flaqman brend olan Xırdalan 2020-ci ildə həyata keçirilmiş redizayn və HoReCa (otel, restoran, kafelər) kanalının əhatəsinin təkmilləşdirilməsi sayəsində artım (+3%) nümayiş etdirib. Klassik pivədə daima misilsiz yenilik axtaran istehlakçılar üçün nəzərdə tutulmuş Kuler brendi isə yeni “Kuler Sweet Lime” dadının təqdim edilməsi, Abşeron çimərliklərində təşkil edilmiş aksiyalar və reklam kampaniyaları sayəsində çox yüksək nəticələr (+16%) nümayiş etdirib.
“Baltika” brendi altında “Baltika 0 Moruq”, “Baltika 0 Laym” və 2020-ci ildə təqdim edilmiş “Baltika 0 Qreypfrut” dadları ilə alkoqolsuz məhsullar xəttinin inkişafına verilən əhəmiyyət sayəsində bu kateqoriyanın şirkətin portfelində 31% artımı mümkün olub.
Ölkənin iri şəhərlərində təqdim olunan, Carlsberg Group-un qlobal portfelindən premium brendlər – Danimarkanın əfsanəvi Carlsberg lageri və Fransanın aparıcı brendlərindən olan Kronenbourg 1664 Blanc satış həcmi müvafiq olaraq 57% və 49% artmışdır. Buna baxmayaraq, 2020-ci ildə şirkət brendlərinin bir hissəsi neqativ dinamika nümayiş etdirib: Əfsanə -16%, Tuborg -19%.
Xammal və materialların lokallaşdırılması
İdxaldan asılılığın azaldılması məqsədi ilə şirkət pivə istehsalı sənayesində istifadə olunan xammal və materialların lokallaşdırılmasına xüsusi diqqət ayırır. 2021-ci ilin sentyabr ayında Carlsberg Azerbaijan şirkəti ilk dəfə Azərbaycan arpasından istifadə edərək Xırdalan pivəsini bişirib. Arpanın lokallaşdırılması layihəsinə 2019-cu ildə “AzərŞəkər” şirkəti ilə birgə start verilib, 2022-2023-cü illərdə isə istehsalın tamamilə yerli arpaya keçirilməsi planlaşdırılır. Bundan əlavə, 2021-ci ildə şirkət yerli istehsal olan etiketlərdən istifadə etməyə başlayıb və hazırda yerli şüşə və PET qablaşdırma istehsalçıları ilə danışıqlar aparır.
Dayanıqlı inkişaf
“Carlsberg Group”un “Birlikdə SIFIRA Doğru” uzunmüddətli dayanıqlı inkişaf proqramının həyata keçirilməsi çərçivəsində şirkət son illər ərzində mühüm irəliləyişə nail olub. 2015-ci ildən indiyə kimi şirkət istehsalatda su istifadəsinin 26.7%, istilik enerjisi istifadəsinin 27,1%, CO2 tullantıların həcminin isə 16.2% azalmasını təmin edib. 2021-ci ildə şirkət tərəfindən satış nöqtələrində yerləşdirilən soyuducu avadanlıqlarının 10%-i ətraf mühit üçün təhlükəsiz xladagent vasitəsilə işləyən ekoloji cəhətdən təmiz avadanlıqlarla əvəz olunub.
YENİ DİREKTORDAN AÇIQLAMA
1 yanvar 2022-ci il tarixində Alius Antulis Carlsberg Azerbaijan şirkətinin baş direktoru vəzifəsinə təyin edilib. O, bu vəzifədə 4.5 il ərzində çalışmış Vyaçeslav Maltsevi əvəz edib.
“Rəhbərlik etdiyim müddət ərzində son illərin uğurlarını möhkəmləndirmək və şirkəti daha yüksək zirvələrə qaldırmaq üçün əlimdən gələni edəcəyəm. Mən çox şadam ki, Azərbaycan olduqca münbit biznes mühitinə malikdir və dövlət qurumları həmişə əməkdaşlıq və dialoq üçün açıqdırlar. 2022-ci ildə məhsulun keyfiyyətinə, ölkədə brendlərin və pivə bazarının inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edəcəyik. İstehlakçıları şirkətin alkoqollu və alkoqolsuz içki portfelində maraqlı yenilikərlə sevindirəcəyimizə ümid edirik. Mən inanıram ki, 2022-ci ildə Carlsberg Azerbaijan şirkətini peşəkar komandasının nizamlı işi sayəsində şirkət ölkədə pivə sənayesi və qeyri-neft sektorunun inkişafına töhfə verəcək”,- Alius Antulis bildirib.

Carlsberg Azerbaijan pivəbişirmə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər əməkdaş çalışır, əlaqəli sənayelər (təchizatçılar, pərakəndə satış, otel sektoru) üzrə isə iş yerlərinin sayı 3000-dən çoxdur. Zavodun inkişafına yönəlmiş şirkətin ümumi sərmayəsi təxminən 60 milyon AZN təşkil edir. Şirkət portfelinə Xırdalan, Carlsberg, Tuborg, Baltika, Əfsanə Kronenbourg Blanc 1664, Seth&Riley's Garage kimi məşhur markalar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
6 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
8 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
9 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif















