ABŞ Brent neftinin qiyməti ilə bağlı proqnozunu 11% artırdı
ABŞ Energetika Nazirliyi 2022-ci il üçün Brent neftinin qiyməti ilə bağlı proqnozunu təxminən 11% artıraraq 82,87 dollar/barelə çatdırıb.ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, ABŞ Energetika Nazirliyi 2022-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 10,8% artıraraq bir barel üçün 74,95 dollardan 82,87 dollara qaldırıb.
Marja xəbər verir ki, Agentlik Brent markalı neftin qiymətlərinin yaxın aylarda yüksək səviyyədə qalacağını gözləyir.
Eyni zamanda, Nazirliyin məlumatına görə, OPEC+ ölkələri, ABŞ və digər istehsalçıların neft hasilatının artması fonunda ilin ortalarından qiymətlərdə azalma gözləmək olar.
“Biz Brent neftinin qiymətinin 2022-ci ilin ikinci rübündə 87 dollar/barelə, dördüncü rübündə isə 75 dollar/barelə düşəcəyini proqnozlaşdırırıq. 2023-cü ildə biz Brent-in orta hesabla bir barel üçün 68 dollar olacağını gözləyirik”, - deyə hesabatda bildirilir.
WTI markalı xam neftin qiyməti 2022-ci ildə 79,35 dollar/barel, 2023-cü ildə isə 64,48 dollar/barel səviyyəsində proqnozlaşdırılır.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 170 min barel artıraraq 11,97 milyon barrelə yüksəldib. 2023-cü ildə gözlənilən hasilat həcmi 190 min barel artaraq sutkada 12,6 milyon barrelə çatacaq ki, bu da ABŞ-da neft hasilatının səviyyəsi üçün mütləq rekorda çevrilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























