3000-ə yaxın Alman şirkəti Rusiyanı tərk edib
İqtisadi durğunluq, real gəlirlərin azalması və ölkəni kapital bazarlarından və müasir texnologiyadan uzaqlaşdıran sanksiyalar fonunda iri Avropa biznesləri Rusiyadakı mövcudluğunu azaltmağa davam edirlər.
Marja xəbər verir ki, Almaniya-Rusiya Ticarət Palatası AHK Russland-ın "Deutsche Welle"yə verdiyi məlumata görə, son 10 ildə Rusiya Federasiyasında fəaliyyət göstərən alman şirkətlərinin sayı 42% azalıb.
2011-ci ildə Rusiya iqtisadiyyatına sərmayə qoyan 6,3 min hüquqi şəxsdən ötən ilin sonuna 3651-i qalıb.
Son bir il ərzində daha 300-ə yaxın Alman şirkəti Rusiyanı tərk edib ki, bu da onların ümumi sayını 8% azaldıb.
"Səbəb, digər məsələlərlə yanaşı, Ukrayna ətrafındakı gərgin vəziyyət və bizneslərin qaçmaq istədiyi sanksiyalar riskləridir", - deyə "AHK Russland"ın İdarə Heyətinin sədri Matthias Schepp (Mathias Şepp) bildirib.
Şeppin sözlərinə görə, Alman iş adamlarının rahat işinə daha bir maneə, keçən ilin sonundan əcnəbilərin və onların 7 yaşdan yuxarı ailə üzvlərinin məcburi tibbi müayinədən keçməsini tələb edən sanitariya normaları olub.
Rusiyaya üç ay və ya daha çox müddətə gələnlər Daxili İşlər Nazirliyinə narkotik testi və yoluxucu xəstəliklərin olmaması haqqında arayış təqdim etməlidirlər: HİV, sifilis, cüzam, vərəm və koronavirus. Həmçinin rentgen müayinəsi, barmaq izi və biometrik fotoqrafiyadan keçmək tələb olunur.
Şepp proqnozlaşdırır ki, hakimiyyət biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görməsə, 2022-ci ildə daha çox alman şirkəti Rusiyada fəaliyyətini dayandıra bilər.
Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, 2021-ci il iyulun 1-nə Almaniyadan Rusiyaya birbaşa investisiyaların ümumi həcmi 19,6 milyard dollar təşkil edib. Bu məbləğ 2014-cü ildə Krımın ilhaqı və Donbassdakı müharibənin Qərblə sanksiya müharibəsinə başlamasından sonra durğunlaşıb. Ötən ilin birinci yarısında Almaniyanın Rusiya Federasiyasının real sektoruna investisiyalarının həcmi 1,6 milyard dollar artıb. Ümumilikdə, 2021-ci ildə iqtisadiyyata 30,7 milyard dollar birbaşa investisiya daxil olub ki, bu da bir il əvvəlkindən təxminən dörd dəfə çoxdur. Bununla belə, Rusiyadan xaricə birbaşa investisiya axını 70% artaraq 53,6 milyard dollar təşkil edib. Beləliklə, birbaşa xarici investisiyaların xalis balansı mənfi olaraq qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






