Qətərə göz dikmiş Azərbaycan şirkətləri
Bütün dünyanın gözü Ərəb coğrafiyasında baş verən böhrana çevrilib. 7 ölkə Qətər ilə əlaqələrini kəsib.
Qətər ətrafında yaranmış böhran bir çox şirkətlərin bu ölkə ilə əməkdaşlığını təxirə sala bilər.
"Marja" xəbər verir ki, Azərbaycanın həmişə Qətər ilə yüksək siyasi əlaqələrə malik olub. Son vaxtlar bu əlaqələr daha da yüksəlib. Siyasi əməkdaşlıqdakı yüksək münasibətlər yavaş-yavaş iqtisadi münasibətlərə də əks olunurdu.
BİRGƏ İNVESTİSİYA FONDU YARADILMASI MÜZAKİRƏ OLUNMUŞDU
May ayının 18-də Bakıda Bakı Biznes Mərkəzində Qətər Əmirliyinin “Barva Bank”ının sədri Şeyx Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdi. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, İqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, “Xəzər” Beynəlxalq İnvestisiya Şirkətinin, “PAŞA Holding”in, “Gilan Holding”in və “Synergy Group”un rəhbər vəzifəli şəxsləri iştirak etmişdi.
Görüşdə birgə investisiya fondunun yaradılması, Azərbaycanda daşınmaz əmlak sahəsinə, xüsusilə otellərin və ticarət mərkəzlərinin tikintisi layihələrinə investisiya qoyuluşu, logistika, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdi.
“ASTARAÇAY” ÇAY İXRACINA HAZIRLAŞIRDI
Mayın əvvəlində "Astaraçay" MMC bəyan etmişdi ki, Qətərə çay ixracına hazırlaşırlar.
"20 ton hazır "Qara məxməri" sortu Qətər dövlətinə göndəriləcək”,- "Astaraçay" MMC-nin aqronomu İsrafil İsrafilov bildirmişdi.
AZƏRBAYCAN ŞİRKƏTİ QƏTƏRƏ BAĞ MEBELLƏRİ İXRAC EDİR
Azərbaycanın bağ mebelləri istehsalçısı İDEA- Qətər Dövlətində rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
“Ötən il Qətərə ixrac missiyası çərçivəsində bu ölkənin Bələdiyyə və Ətraf Mühit Nazirliyində görüş keçirilib, “Scandinavian Supplies” şirkəti ilə rəsmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət IDEA məhsullarının Qətərdə satışı və təqdimatı hüququnu qazanıb. Əməkdaşlığın ilk addımları olaraq, IDEA bu ilin martında Qətərdə keçirilən “AGRİTEQ 2017” sərgisinə Qətərin Bələdiyyə və Ətraf Mühit Nazirliyi tərəfindən dəvət alıb, sərgi üçün və nazirliyin xüsusi sifarişi əsasında ixrac həyata keçirib. May ayında Qətərdə keçiriləcək “PROJECT QATAR” sərgisi üçün məhsullar göndərilib, Qətərin Bələdiyyə və Ətraf Mühit Nazirliyi, eyni zamanda digər şirkətlər tərəfindən göndərilən təkliflər üzərində iş aparılır”, - deyə IDEA MMC-nin direktoru İbrahim Alısoy bu ilin Aprel ayının sonunda mətbuata açıqlamasında demişdi.
QƏTƏR DƏ FƏALİYYƏT GÖSTƏRƏN ŞƏBƏKƏ İLƏ ƏLAQƏLƏR QURULUR
Aprel ayında İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfərdə olmuşdu.
Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri BƏƏ-nin “Lulu” marketlər şəbəkəsində olmuş və marketlər şəbəkəsinin rəhbərliyi ilə görüşmüşdülər. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların BƏƏ və Körfəz ölkələrində yerləşən “Lulu” marketlər şəbəkəsinin ticarət obyektlərində satışı barədə müzakirələr aparılmışdı. Bildirilmişdi ki, məhsullarımıza BƏƏ-də böyük maraq var, artıq Azərbaycan alması və müxtəlif çeşiddə kompotlarımız “Lulu” marketlər şəbəkəsində satışdadır.
Məlumat üçün bildirək ki, “Lulu” marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.
“QAZELLİ” DƏ QƏTƏRƏ İXRACA HAZIRLAŞIRDI
Azərbaycanın milli kosmetika şirkəti “Gazelli Group” da Qətərə ixracla bağlı danışıqlar aparıdı.
AZƏRBAYCAN MƏHSULLARININ “CARREFOUR”DA SATIŞI MÜZAKİRƏ OLUNMUŞDU
Bu ilin Fevralında Qətərə ixrac missiyası çərçivəsində ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilmişdi.
İxrac missiyası Qətərdə “Carrefour” marketlər şəbəkəsində və yerli bazarlarda olmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunmuşdu.
BAL İXRACI DA HƏDƏFDƏ İDİ
“MR BEE” adında bal qablaşdıran “Kercom” şirkəti də Qətər bazarına çıxmağı planlaşdırırdı.
“Kercom” şirkətinin (“MR BEE” brendi) rəhbəri Cavid Kərimov, “Şirkətin prioritet saydığı “target” bazarları mövcuddur: “Buraya Körfəz ölkələri - Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Yəmən və s. daxildir”, - deyə bildirmişdi.
BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏTİ LİMANI QƏTƏR ŞİRKƏTİ İLƏ RAZILAŞMIŞDI
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi baş tutmuşƏ Azərbaycan və Qətər arasında 6 sənəd imzalanmışdı. Həmin sənədlərdən biri, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında” Anlaşma Memorandumu idi.
2016-cı ildə Azərbaycana Qətərdən 5,5 dəfə çox turist gəlmişdi.
Azərbaycan Qətər ilə ticarətin səviyyəsini artırmağı, öz investisiyaları ilə yeni bazarlara birgə daxil olmağı hədəfləyir.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
53 d. əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
1 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
1 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Bank Babək prospektində filialını açdı
Ən çox oxunanlar
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb
Şirkət Kəlbəcər məktəbinə 73 noutbuk hədiyyə etdi - FOTOLAR










.jpg)





.jpg)

