Bayden Putinə qarşı sanksiyalar tətbiq etməklə hədələyib
ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya Federasiyasının Ukraynaya müdaxiləsi halında Vaşinqtonun Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq edəcəyini istisna etmir.
Marja xəbər verir ki, çərşənbə axşamı Vaşinqtonda jurnalistlərə danışan Co Baydendən Rusiya qüvvələrinin Ukraynanı işğalı halında Putinə qarşı şəxsi sanksiyaların tətbiqi imkanını görüb-görmədiyi soruşulub. "Bəli," Bayden cavab verib və əlavə edib: "Mən onu görürəm."
“Mən çoxdan Prezident Putinə açıqladım ki, o, Ukraynaya keçərsə, ciddi nəticələr, o cümlədən mühüm iqtisadi sanksiyalar olacaq və mən həmçinin NATO-nun şərq cinahında mövcudluğunu artırmağı zəruri hesab edəcəyəm: Polşa , Rumıniya və s.", - Bayden deyib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində ABŞ-da Rusiya rəhbərliyinə qarşı təklif olunan sanksiyaların iki ölkə arasında münasibətlərin dayandırılmasına səbəb ola biləcəyini bildirmişdi.
Yanvar ayında Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezin başçılıq etdiyi demokratlar ABŞ parlamentinin yuxarı palatasına Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim ediblər. “Ukraynanın suverenliyinin qorunması haqqında-2022 Aktı” Rusiya prezidentinə, baş nazirinə, Xarici İşlər və Müdafiə Nazirliyinin rəhbərlərinə, RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə və digər şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Bundan əlavə, məhdudlaşdırıcı tədbirlər “Şimal axını 2” qaz kəmərinə təsir göstərə bilər. Eyni qanun layihəsi daha sonra Konqresin Nümayəndələr Palatasına da təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








