Yanvar-fevral ayları üzrə Şuşaya avtobus biletləri tam satılıb - 1000-Ə YAXIN
Bu ilin yanvar-fevral ayları üzrə Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinə biletlər tam satılıb.
Məlumata görə, bu istiqamətdə ümumilikdə 1000-ə yaxın bilet satışı həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Report"a bildirilib ki, həmin istiqamətə hərəkət etmək istəyən sərnişinlər həftədə 4 dəfə təşkil edilən Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarından istifadə edə bilərlər: "Bakıdan və digər ərazilərdən Əhmədbəyliyə səfər etməkdə heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar ya şəxsi avtomobilləri, ya da digər vasitələrlə Əhmədbəyliyə gedib oradan təşkil edilən reys vasitəsi ilə Şuşaya səfər edə bilər. Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir".
Xatırladaq ki, Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















