Əhalinin kredit borcu 1,9 milyard manata yaxın artıb
Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi ilk dəfə 50%-i keçib.Aərbaycanda ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) 2020-ci illə müqayisədə 2021-ci ildə 1 milyard 898 milyon manat artaraq 8 milyard 607,3 milyon manata çatıb. 2020-ci ilin sonunda ev təsərrüfatlarına verilən kreditlər 6 milyard 709,3 milyon manat təşkil etmişdi.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi ilk dəfə 50%-i keçərək 2021-ci ilin dekabr ayının sonunda 50,3% təşkil edib. Qeyd edək ki, dekabrda cəmi kredit qoyuluşlarının məbləği 17 milyard 119,8 milyon manat olub.
Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 2020-ci ilin sonunda 46.2% təşkil etmişdi.
Ev təsərrüfatlarına veriləmiş 8 milyard 607.3 milyon manatlıq kreditlərin 2 milyard 483.4 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər təşkil edib. Ötən il bu kreditlər 390 milyon manat artıb və cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 14,4%-dən 14,5%-ə yüksəlib.
2021-ci ildə ipoteka kreditləri xaric ev təsərrüfatlarına verilən kreditlər 1 milyard 508 milyon manat artaraq 6 milyard 123,9 milyon manata çatıb. 2020-ci ilin sonunda istehlak kreditlərinin məbləği 4 milyard 615,9 milyon manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
33 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








