Azərbaycan bankı 9 milyon manatdan çox xalis mənfəət açıqladı
"AFB Bank" ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "AFB Bank" 2021-ci ili 9 milyon 303 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 5 milyon 389 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AFB Bank"ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 72,6 % və ya 3 milyon 914 min manat artıb.
Xalis mənfəətin artması xərclərin azalması və mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş vəsaitin hesabına baş verib.
2021-ci ildə "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 22 milyon 886 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 35% (və ya 12 milyon 273 min manat) azdır. 2020-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 35 milyon 159 min manat təşkil etmişdi.
2021-ci ildə "AFB Bank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 18 milyon 736 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 8,5% (və ya 1 milyon 739 manat) azdır. 2020-ci ildə Bankın cəmi əməliyyat xərcləri 20 milyon 475 min manat təşkil etmişdi.
2021-ci ildə "AFB Bank" mümkün zərərlər üçün yaradılan ehtiyatlara vəsait ayırmayıb, əksinə ehtiyatdan azad olmuş 8 milyon 54 min manat əməliyyat mənfəətinə əlavə edilib. Bank 2020-ci il ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 7 milyon 996 min manat ayırmışdı və bu da mənfəətin azalmasına səbəb olmuşdu.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÜSTƏLƏYİB
Ötən il "AFB Bank"ın əməliyyat mənfəəti 4 milyon 150 min manat təşkil edib. Ehtiyatdan azad olmuş 8 milyon 54 min manatın hesabına mənfəət vergisindən əvvəlki mənfəət 12 milyon 204 min manat olub.
Bank ötən ilki 12 milyon 204 min manat mənfəət vergisindən əvvəlki mənfəətindən 2 milyon 900 min manat mənfəət vergisi ödədiyindən ili 9 milyon 303 min manat xalis mənfəət ilə bağlayıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə "AFB Bank"ın əməliyyat mənfəəti 14 milyon 684 min manat təşkil etmiş, bu vəsaitin 7 milyon 796 min manatını ehtiyata ayırmış və 1 milyon 300 min manat mənfəət vergisi ödəmişdi.
"AFB Bank"ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 3,2% və ya 9 milyon 190 min manat azalaraq 272 milyon 237 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 281 milyon 426 min manat cəmi aktivlərə malik idi.
"AFB Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 21,6 % və ya 39 milyon 443 min manat azalaraq 142 milyon 787 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 182 milyon 230 min manata çatmışdı.
BANKDA DEPOZİTLƏR ARTIB
"AFB Bank"ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 6,1% və ya 6 milyon 703 min manat artaraq 117 milyon 272 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 110 milyon 569 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2021-ci il tarixində 80 milyon 21 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 75 milyon 806 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti






















