Havanın nə vaxtdan sabitləşəcəyi açıqlandı
Yanvarın 21-dən ölkə ərazisində müşahidə olunan hava şəraiti nisbətən sabitləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, prosses gün ərzində davam edəcək, axşama doğru bir qədər səngiyəcək, 21-dən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturu tədricən 3-4° yüksələcək.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 20-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclü olub.
Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 11.0 mm, Balakən, Zaqatalada 6.0 mm, Şərur, Ağdərədə (Ordubad) 3.0 mm, Şahbuz, Daşkəsən, Göygöl, Kişçay (Şəki), Sədərəkdə 2.0 mm, Naxçıvan, Şəmkir, Quba, Qusar, Xaltan, Qrız, Qəbələ, Göyçay, İmişli, Kürdəmir, Cəfərxan, Yardımlı, Lənkəran, Şahdağ, Qobustan, Zərdab, Biləsuvar, Göytəpə, Kəlvəzdə 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü aşağıdakı kimidir:
Ağdərədə (Ordubad) 35 sm, Sarıbaşda (Qax) 27 sm, Qubada 20 sm, Kəlvəzdə 18 sm, Qrızda 16 sm, Xaltan 8 sm, Altıağacda 6 sm, Daşkəsən, Göygöl, Zaqatala, Şərur, Naxçıvanda 5 sm, Lerik, Sədərəkdə 4 sm, Balakən, Kişçay (Şəki), Şahdağda 3 sm, Qusarda 2 sm olub.
Şimal-qərb küləyinin maksimal sürəti: arabir Naftalan 30 m/s, Neftçalada 20 m/s, Mingəçevirdə 18 m/s, Salyanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























