Azərbaycanda illik minik avtomobili istehsalı 2 min ədədi keçib
2021-ci ilin yanvar-dekabr aylarında (12 ayda) Azərbaycanda 2043 ədəd və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8% çox (və ya 93 ədəd çox) minik avtomobili istehsal olunub (yığılıb).
2021-ci ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda 1992 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, dekabrda Azərbaycanda 51 ədəd minik avtomobili istehsal edilib. Sentyabrda Azərbaycandakı müəssisələr tərəfindən 302 ədəd, oktyabrda 346 ədəd, noyabrda isə 130 ədəd avtomobil buraxılmışdır.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.01.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 340 ədəd təşkil edib. 01.12.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 381 ədəd təşkil etmişdi.
2021-ci ili yanvar-dekabr aylarında Azərbaycanda 651 ədəd traktor istehsal edilib. İstehsal 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artıb. 01.01.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 53 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















